Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Moskvadan Lənkərana gəlib arvadını öldürməyə cəhd etdi

Moskvadan Lənkərana gəlib arvadını öldürməyə cəhd etdi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvadan Lənkərana gələn kişi evində arvadını öldürməyə cəhd edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Türkəkəran kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Sərvan Tahirov 1996-cı ildən Rəsmiyyə ilə rəsmi nikah olmadan ər-arvad münasibətlərində yaşayıb. Bir müddətdən sonra Sarvan Moskvaya işləməyə gedib və orada yaşamağa başlayıb. Bir müddətdən sonra o, həyat yoldaşının onun ailə üzvləri ilə yola getmədiyini eşidib və bu barədə həyat yoldaşı iIə telefonla danışıb. Amma danışıqlar heç bir nəticə verməyib, Rəsmiyyə onun ailə üzvləri və qonşularla münaqişə edib. Bir neçə dəfə Lənkərana qayıdan Sarvan hər dəfə gələndə həyat yoldaşı ilə mübahisə etsə də, nəticə olmayıb. Bundan sonra Sarvan arvadını evdən qovub. Həyat yoldaşı evdən çıxaraq atasının evinə getsə də, orada da ailədaxili mübahisələr yaradıb və nəticədə onu atası evindən də çıxarıblar. Çarəsiz qalan Rəsmiyyə 2024-cü ildə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək, evinə qayıtmaq istədiyini bildirib.

Polis əməkdaşları Sarvan Tahirovu şöbəyə dəvət edib və ona ailəsi ilə normal davranmağı tövsiyə edib. Polis əməkdaşlarının danışığından sonra Rəsmiyyə evə qaytarılıb. Amma qadın yenə də əməllərini davam etdirib, evdə münaqişə yaradıb.

Məsələ ilə bağlı Sarvan həyat yoldaşı ilə yenidən danışsa da, nəticə olmayıb və qadın həyat yoldaşını söyüb.

Sonuncu mübahisədən sonra Rəsmiyyə evdə yataq otağına keçib, qapını örtüb. Sarvan həyat yoldaşını həmin otaqdan çıxarmaq istəyərkən, Rəsmiyyə yenidən onu söyüb və otaqdan çıxmayacağını bildirib. Sarvan ona başa salmağa çalışıb ki, həmin otaq oğluna və gəlininə məxsusdur, o otağa icazəsiz daxil olmasın. Rəsmiyyə isə onun dediklərinə əhəmiyyət vermədən həmin otaqda qalıb və ərini təhqir etməyə başlayıb. Hadisədən əsəbiləşən Sarvan mətbəxdən bıçaq götürüb həmin otağa keçib, heç kimin müdaxilə etməməsi məqsədi ilə otağın qapısını arxadan bağlayıb. O, özü ilə gətirdiyi bıçaqla Rəsmiyyənin qarın və sinə nahiyəsindən 4 zərbə endirib. Rəsmiyyəyə ağır xəsarətlər yetirən Sarvan onun öləcəyini güman edərək qapını açıb evdən çıxıb.

Dərhal otağa daxil olan evin gəlini Rəsmiyyənin yarasını bağlayaraq qanaxmanın qarşısını alıb və təcili yardım vasitəsilə onu xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində Rəsmiyənin həyatını xilas etmək mümkün olub.

Lənkəran ŞRPŞ-nin keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sarvan Tahirov saxlanılıb. O, cinayət əməlini törətdiyini etiraf edib və hadisədə istifadə etdiyi bıçağı polisə təqdim edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sarvan Tahirov 8 il 6 ay azadlıqdan məhrum edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri