Icma.az
close
up
RU
90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var?

90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var?

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mediada mənim barəmdə səsləndirilən “aldadıb”, “90 min dollar alıb”, “1,5 milyon dollar istəyib”, “baş həkimdən külli miqdarda pul alıb” və buna bənzər ifadələri sadəcə tənqid və ya şəxsi fikir hesab etmirəm. Bunlar konkret şəxsə, yəni mənə konkret əməllərin aid edilməsidir. Belə ağır iddialar ictimaiyyətə fakt kimi təqdim olunursa, onların arxasında konkret və yoxlana bilən sübutlar olmalıdır.
Mən çox sadə suallar verirəm. Mən kimi aldatmışam? 90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var? 1,5 milyon dollar tələb etdiyimi təsdiq edən hansı sübut var? Hansı müqavilə, bank əməliyyatı, qəbz, yazışma, səs yazısı və ya digər mötəbər sübut mövcuddur?
Əgər belə sübutlar varsa, onları ictimaiyyətə və səlahiyyətli dövlət orqanlarına təqdim edin. Əgər yoxdursa, kimdənsə eşidilən sözü və ya ehtimalı sübut olunmuş fakt kimi ictimaiyyətə təqdim etmək olmaz.
Azərbaycan respublikası konstitusiyasının 46 cı maddəsi şəxsin şərəf və ləyaqətinin müdafiəsini təmin edir. Konstitusiyanın 47 ci maddəsi fikir və söz azadlığını tanıyır. Lakin söz azadlığı başqa şəxs barəsində sübuta yetirilməmiş ittihamları fakt kimi yaymaq hüququ demək deyil.
Azərbaycan respublikası mülki məcəlləsinin 23 cü maddəsi də şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üçün hüquqi vasitələr nəzərdə tutur.
Mənim üçün burada başqa bir prinsipial məsələ də var. Hüquq müdafiəçisi və ya media nümayəndəsi olmaq heç kəsə xüsusi immunitet vermir. Hüquq müdafiəçisinin vəzifəsi insanı əvvəlcədən günahkar elan etmək deyil. Hüquq müdafiəsinin mənası hüququ, faktı, ədalətli proseduru və insanın fundamental hüquqlarını müdafiə etməkdir.
Təqsirsizlik prezumpsiyası da hüquqi dövlətin əsas prinsiplərindəndir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim media vasitəsilə özünü məhkəmə yerinə qoya bilməz.
Mən heç kimdən xüsusi münasibət tələb etmirəm. Mən sadəcə qanunun hamının üçün eyni olmasını tələb edirəm.
İddianız varsa, sübutunu göstərin. Sübutunuz varsa, səlahiyyətli orqana təqdim edin. Cinayət əməli barədə məlumatınız varsa, qanuni prosedurdan istifadə edin. Amma media efirini məhkəmə zalına, şəxsi mülahizəni ittiham aktına, eşidilmiş sözü isə məhkəmə hökmünə çevirmək olmaz.
Mənim hüquqi və ictimai mövqeyim budur. Hər bir iddia sübutla, hər bir ittiham qanunla, hər bir hüquqi qiymət isə qanunla müəyyən edilmiş prosedurla əsaslandırılmalıdır.
Heç kimin sözü qanundan üstün deyil.
David Seliverstov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Avqust 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri