Icma.az
close
up
RU
Nigah qeydə alınarkən gəliri təsdiq edən sənəd olsun AÇIQLAMA

Nigah qeydə alınarkən gəliri təsdiq edən sənəd olsun AÇIQLAMA

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”.

Deputat Razi Nurullayevin bu fikirləri ilə razılaşmayan iqtisadçı ekspert Günay Hüseynova Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verib.

İqtisadçının sözlərinə görə, ailələrin dağılması son dönəmlərdə aktual olan mövzular sırasındadır. Boşanmaların son dönəmlərdə kütləvi artmasının bir çox səbəbləri var. Onlardan ən başlıcası isə əsasən iqtisadi səbəblərdir.

Günay Hüseynova bildirib ki, düşünülə bilər ki, Avropada və ya digər ölkələrdə boşanma halları yoxdurmu? Bəli, var, hətta sayı da bizdəki nisbətdən daha çoxdur.

“Lakin hər ölkənin özünə məxsus yaşayış tərzi, mentaliteti olduğu üçün səbəb də müxtəlifdir. İnsanların iqtisadi və maliyyə azadlığı yetərli səviyyədə olmadığı üçün artıq problemlər baş qaldırılır. Bir neçə ilə yaşlıların sayı artacaq. Maddi problemlərə görə ya ailə qurmurlar, ailə quranlar da bir neçə ay keçməmiş ayrılırlar. Yaxşı olardı ki, nigahın qeydə alınması zamanı gəliri təsdiq edən sənədlər tələb olunsun ki, bu şəxs gələcəkdə ailəni saxlaya biləcəkmi?
Yuxarıda qeyd etdiyim kimi əsas səbəb iqtisadi problemlərdir. Bu gün millət vəkili, sosioloq çıxış edir ki, qadın azadlıq istəyir, aliment istəyir. Deputat özü 246 manat pul ilə 1 ay yaşaya bilərmi? Çox insanın evi yoxdur, kirayədə yaşayır. Həmin deputatın, sosioloqun marketlərdəki qiymətlərdən xəbəri varmı? Əvvəla aliment uşağa görə verilir, uşaq bitki deyil, dibinə su tökəsən böyüsün. Hər şey ərzaq, qida deyil ki, bu uşağın başqa ehtiyacları, məktəb xərcləri, gələcəyi də var. Ən ucuz qida kartof, makarondur. Onun da qiyməti 50%-dən çox qalxıb. Bəs bu ailə necə bütöv qalmalıdır. Deputat qeyd edir ki, qadınlar alimentə görə boşanır, bəs boşanmamış necə saxlayırdı ailəni kişi? O zaman qanunvericiliyə uyğun olaraq uşağı ata saxlasın, qadın işləyib aliment ödəsin. Cənab deputat yaxşı olardı ki, efirlərdəki rüsvayçıĺığa etiraz etsin. Müğənni, şou adamı çıxıb 1 milyonluq villasından danışanda asan qazanc yolunu təbliğ edəndə ailələr əlbəttə dağıĺacaq. Yaxşı olardı ki, qiymət artımının qarşısının alınması, yeni iş yerlərinin açılması, iqtisadı rifaha nail olmaq yolunda müzakirələr aparılıb təkliflər irəli sürülsün”.

Dəniz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri