900 il əvvəl memarlığa verilən dəyər bu gün də davam edir Elbəy Qasımzadə
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların qovşağında formalaşmış, şəhərsalma və memarlıq baxımından zəngin irsə malik bir məkan olub. Qədim dövrlərdən etibarən yaşayış məntəqələrinin planlaşdırılması, ictimai məkanların təşkili və memarlıq üslublarının inkişafı xalqın dünyagörüşünü, həyat tərzini və estetik zövqünü özündə mükəmməl formada təcəssüm etdirib. Elə tarixi şəhərlərimizdə bu günədək qorunub saxlanılan memarlıq abidələri də sübut edir ki, həmin abidələr yalnız daşdan və kərpicdən ibarət deyil, eləcə də milli kimliyimizin canlı yaddaşıdır.
Məhz bu zəngin tarixi irs və müasir inkişafın vəhdəti 2026-cı ilin cənab Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsini də öz növbəsində xüsusi məna və əhəmiyyətlə doldurur.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə Modern.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla gələn ilin "Şəhərsalma və Memarlıq ili" elan olunması dövlətimizin inkişafa, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş ardıcıl siyasətinin bariz nümunəsidir.
“Şəhərsalma və memarlıq insan fəaliyyətinin ən qədim sahələrindəndir. Minilliklər əvvəl yaradılmış şəhərlərimizin qalıqları və aparılan arxeoloji qazıntılar bunu açıq şəkildə sübut edir. Azərbaycan xalqında şəhərsalma və memarlıq mədəniyyəti tarixən çox yüksək səviyyədə olub.
İmzalanmış sərəncam onu göstərir ki, bu istiqamətdə görülən işlər davam etdiriləcək. Bütün şəhər və qəsəbələrimizdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq və yaradıcılıq işləri daha geniş miqyas alacaq”.
Müsahibimiz eyni zamanda gələn ilin may ayında Azərbaycanda WUF13 Beynəlxalq Şəhərsalma Forumu keçiriləcəyinə də diqqət çəkib:
“Bununla yanaşı, Azərbaycanın dahi memarı Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq. Ətraf xalqların tarixində bu qədər qədim dövrdən adı indiyə qədər gəlib çatan və fəaliyyəti ilə tanınan bir memarın mövcudluğunu mən şəxsən tanımıram.
Bu fakt onu göstərir ki, hələ 900 il əvvəl də memarlığa və şəhərsalmaya xalqımız tərəfindən böyük dəyər verilib və verilməkdədir. Memarın adının əsrlər boyu yaşaması da bunun ən bariz sübutudur.
Bu mühüm sərəncamın imzalanmasına görə möhtərəm Prezidentimizə təkcə memarlar və şəhərsalma mütəxəssisləri adından deyil, bütövlükdə Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, onun həyata keçirdiyi siyasətdə və xalqımızı ardıcıl şəkildə apardığı inkişaf yolunda bu, növbəti mühüm qələbədir”,- deyə E.Qasımzadə fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















