Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

“907 ci düzəliş” ətrafında yeni qarşıdurma

“907 ci düzəliş” ətrafında yeni qarşıdurma

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ-dəki erməni lobbisi yeni hiyləyə əl ataraq, bu bədnam aktın ləğvinə əngəl olmağa çalışır

ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin əsas təşkilatlarından biri olan ANCA-nın icraçı direktoru Aram Hamparyan bu dəfə diqqəti özünə çəkən açıqlama ilə çıxış edib. O, Tramp administrasiyasını Azərbaycana münasibətdə siyasətinə görə açıq şəkildə tənqid edib. Səbəb isə Vaşinqtonun Azərbaycana yardım göstərilməsinə imkan verən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi üzrə məhdudiyyətlərin dayandırılması rejimini davam etdirmək niyyətidir.

Hamparyanın etirazının əsas arqumenti isə olduqca tanışdır. ANCA rəhbəri ABŞ-nin guya “soyqırımı törətmiş ölkəyə” yardım göstərməsinin yolverilməz olduğunu iddia edir. Lakin bu ittihamın arxasında konkret hüquqi və tarixi faktlardan daha çox erməni lobbisinin illərdir təbliğ etdiyi siyasi ritorika dayanır. Azərbaycan heç bir xalqın soyqırımını törətməyib. Əksinə, Qarabağ münaqişəsi zamanı azərbaycanlı mülki əhaliyə qarşı kütləvi qırğınlar, etnik təmizləmə və digər ağır cinayətlər törədilib.

Erməni revanşist dairələrin siyasi ritorikasında isə “soyqırımı” anlayışının demək olar ki, istənilən hadisəyə tətbiq edilməsi artıq ənənəvi yanaşmaya çevrilib. Məqsəd də bəllidir: Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında daim təcavüzkar və təhlükəli tərəf kimi təqdim etmək və Vaşinqtonun Bakı ilə əməkdaşlığının qarşısını almaq.

Donald Trampın Azərbaycana münasibətdə mövqeyinin dəyişməsi isə artıq yeni xəbər deyil. ABŞ prezidenti ötən il avqustun 8-də Vaşinqtonun Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasını açıq şəkildə dəstəkləmiş və bunu “böyük iş” adlandırmışdı. Həmin gün 907-ci maddənin tətbiqinin dayandırılmasını davam etdirən prezident memorandumunun imzalanması da erməni lobbisinin ciddi narazılığına səbəb olmuşdu.

Üstəlik, məsələ artıq sadəcə 907-ci maddənin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. 2025-ci ilin dekabrında ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Anna Paulina Luna H.R.6534 saylı qanun layihəsini təqdim edib. Sənəd 907-ci maddənin tamamilə ləğv edilməsini nəzərdə tutur. Qanun layihəsinin əsaslandırılmasında Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olaraq qalması, Cənubi Qafqazda sülhə sadiqliyini nümayiş etdirməsi və Bakı ilə İrəvan arasında sərhədlər və ərazi bütövlüyü ilə bağlı razılaşmaların əldə olunması xüsusi vurğulanır. Sonradan bir sıra digər respublikaçı konqresmenlərin də bu təşəbbüsə qoşulması göstərir ki, söhbət artıq yalnız Ağ Evin mövqeyindən deyil, ABŞ siyasi dairələrində Azərbaycanın regional roluna yanaşmanın dəyişməsindən gedir.

Məhz belə bir şəraitdə ANCA-nın yenidən “907-ci düzəliş”  ətrafında kampaniya aparması təsadüfi görünmür. Erməni lobbisi Vaşinqtonun Bakı ilə münasibətlərində yaranan yeni reallığı qəbul etməkdə çətinlik çəkir. Çünki uzun illər ərzində 907-ci maddə Azərbaycanla ABŞ arasında münasibətləri məhdudlaşdırmaq və Ermənistanın maraqlarını Vaşinqtonun Cənubi Qafqaz siyasətində önə çıxarmaq üçün əsas siyasi alətlərdən biri olub.

Bu baxımdan Aram Hamparyanın Tramp administrasiyasını tənqid etməsi daha çox dəyişən siyasi reallığa qarşı etiraz təsiri bağışlayır. Erməni lobbisi uzun illər ABŞ siyasətinə təsir göstərməyə çalışıb. Lakin indi Vaşinqtonda Azərbaycanla bağlı qərarların qəbulunda regionun yeni reallıqları, ABŞ-nin öz strateji maraqları və Cənubi Qafqazda sülh perspektivi daha ciddi nəzərə alınır.

Bu fonda ANCA-nın etirazı mühüm sual doğurur: Ermənistan lobbisinin Vaşinqtondakı əvvəlki təsir imkanları həqiqətən zəifləyirmi, yoxsa təşkilat hələ də ABŞ-nin Azərbaycan və Cənubi Qafqaz siyasətinə təsir göstərə biləcək siyasi resurslara malikdir?

Professor Elxan Mirzəyev səslənən ittihamları populizm kimi qiymətləndirir. Onun sözlərinə görə, ermənilərin Qarabağdan öz xoşu ilə gedişini “soyqırımı” adlandırmaq həyasızlıqdır. Professora görə, ANCA onillərdir ki, Azərbaycan əleyhinə iş aparır və müharibədən sonra da ampluası dəyişməyib: “Erməni lobbisi ABŞ-də kök salmış, resursları və təcrübəsi olan bir gücdür. Həmin ermənilər heç İrəvanın üzünü görməyiblər, Qarabağa işğal dövründə ayaqları dəyməyib, amma gördüyünüz kimi, necə fəaldırlar. Burada Azərbaycan lobbi və diasporunun da üzərinə iş düşür. Yəni belə hücumlara lobbimiz cavab verməlidir, özümüz deyib özümüz eşitməli deyilik. O ki qaldı bu təşkilatdan çağırışlara, ANCA-nın müraciəti əsasında ABŞ Konqresi və ya rəhbərliyi heç zaman qərar qəbul etməyib. Hətta Bayden dönəmində istəklərinə çata bilməyiblər. Ancaq o bədnam düzəlişin ləğvi Trampdan asılı deyil. Gərək Konqres qərar versin. Bu da olduqca çətin məsələdir”.

Elxan Mirzəyev “etnik təmizləmə” və “genosid” ittihamlarının üç ildir səsləndiyini xatırladıb: “Onların hədəfi budur ki, dünyaya ”ikinci erməni soyqırımı" deyə saxta tarix uydursunlar və buna hamını inandırsınlar. Amma BMT Qarabağda etnik təmizləməyə dair heç bir fakt aşkarlamadı. İndi bu uydurma ittihamdan həm də “907-ci düzəliş”lə bağlı istifadə etmək istəyirlər. Guya ermənilər öldürülüb, qovulub və buna görə də həmin aktı ləğv etmək olmaz. Təbii ki, xristian dünyası üçün bu yalan cəlbedici ola bilər. ABŞ-də inananlar var ki, türk-müsəlman əhatəsində guya ermənilərə qarşı genosid edilib, zorla çıxarılıblar. Amma bu haqda heç bir aparıcı dövlətin və ya təşkilatın rəyi yoxdur. Fikrimcə, erməni lobbisi də öz siyasətinə yenidən baxmalıdır". 

ANCA-nın Trampın hakimiyyətdə çox qalmayacağına ümid etdiyini deyən professor hesab edir ki, erməni lobbisi Azərbaycan-ABŞ əlaqələrinin yenidən korlanacağı gözləntisindədir: “Onlar fikirləşirlər ki, Tramp dövründə bu "riski" ötürüb keçirsələr, yeni mərhələdə istəklərinə çata bilərlər. Belə desək, demokratlar hakimiyyətə gələr və Azərbaycanla münasibətlərdə yenə problemlər yaranır deyə ümidlə yaşayırlar. Bu məsələdə müəyyən həqiqət payı da ola bilər. Odur ki, Azərbaycan Trampdan sonra başqa bir respublikaçı namizədin prezident seçilməsinin tərəf olmalıdır".

Xatırladaq ki, ABŞ Konqresində təqdim olunmuş və Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan “907-ci düzəliş”in ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıda olub. “907-ci düzəliş” 1992-ci ildə Azərbaycan hökumətinə birbaşa ABŞ-nin yardımını məhdudlaşdırmaq məqsədilə tətbiq olunub. Rəsmi səbəb kimi Qarabağ münaqişəsi fonunda humanitar narahatlıqlar göstərilsə də, reallıqda bu qərar regiondakı siyasi balansı birtərəfli şəkildə təsir altına salıb. “907-ci düzəliş” postsovet xaosunun və münaqişənin ən qızğın dövründə qəbul edilib.

Lakin aradan keçən onilliklərə baxmayaraq, regiondakı vəziyyət dəyişsə də, hüquqi məhdudiyyətin özü qalır. Vaşinqton bir tərəfdən Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir (enerji, təhlükəsizlik, terrorla mübarizə sahələrində), digər tərəfdən isə bu kimi məhdudiyyətləri saxlayır. Bu isə siyasi etimadı zədələyir. Maraqlıdır ki, 2001-ci ildən sonra ABŞ prezidentləri hər il bu düzəlişi müvəqqəti dayandırır. Yəni faktiki olaraq yardım mümkündür. Amma düzəlişin qalması siyasi mesaj olaraq mənfi təsir yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri