Icma.az
close
up
RU
907 ci düzəlişin iflası və Prezident İlham Əliyevin siyasi iradəsi: ABŞ Azərbaycan münasibətlərində yeni mərhələ

907 ci düzəlişin iflası və Prezident İlham Əliyevin siyasi iradəsi: ABŞ Azərbaycan münasibətlərində yeni mərhələ

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycan Respublikasına qarşı yönəlmiş 907-ci düzəliş müasir beynəlxalq münasibətlər tarixində siyasi qərəzin, lobbi manipulyasiyasının və ikili standartların açıq nümunələrindən biri hesab olunur. Bu düzəliş nə qəbul edildiyi dövrdə ədalətli idi, nə də bu gün regional və qlobal reallıqlarla uzlaşır. Onun mahiyyət etibarilə iflasa uğraması isə bilavasitə Azərbaycanın güclənməsi və cənab Prezident İlham Əliyevin ardıcıl, prinsipial və milli maraqlara söykənən xarici siyasət kursu ilə bağlıdır.

907-ci düzəliş Ermənistan–Azərbaycan münaqişəsinin ən ağır mərhələsində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin salındığı bir vaxtda qəbul olunub. Beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozularaq, işğalçı yox, işğala məruz qalan tərəf, Azərbaycan cəzalandırılıb.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərarın qəbulunda, ABŞ-da güclü təsir imkanlarına malik erməni lobbisinin məqsədli fəaliyyəti, və Azərbaycanın müstəqilliyinin ilk illərində mövcud olan zəif, təcrübəsiz və qeyri-peşəkar hakimiyyətin milli maraqları beynəlxalq səviyyədə müdafiə edə bilməməsi həlledici rol oynayıb. Nəticədə 907-ci düzəliş Azərbaycan dövlətçiliyinin formalaşmaqda olduğu bir dövrdə ölkəyə qarşı siyasi təzyiq alətinə çevrildi.

Nicat İsmayılov

“Azərbaycanın 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət 907-ci düzəlişin real təsir imkanlarını faktiki olaraq aradan qaldırdı”-deyə politoloq vurğulayıb.

“Cənab prezident İlham Əliyevin siyasi xəttinin əsas xüsusiyyətləri bunlardır:

1) Azərbaycanın milli maraqlarını heç bir beynəlxalq təzyiq qarşısında güzəştə getməməsi.

2) ABŞ ilə münasibətləri emosional yox, strateji maraqlar və qarşılıqlı fayda əsasında qurması.

3) Azərbaycanın regional və qlobal əhəmiyyətini konkret layihələr və nəticələrlə sübut etməsi.

Məhz, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü diplomatiya nəticəsində ABŞ rəhbərliyi 907-ci düzəlişin tətbiqinin hər il dayandırılmasına məcbur qaldı. Bu fakt özü göstərir ki, düzəliş nə hüquqi, nə siyasi baxımdan davamlı mexanizm ola bilmədi.

Bu gün Azərbaycan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda təhlükəsizlik və sabitliyin əsas təminatçısına çevrilmiş, Avropanın enerji təhlükəsizliyində mühüm strateji tərəfdaş rolunu oynayan, həmçinin ABŞ və Qərb strukturları ilə terrorla mübarizə, enerji və nəqliyyat sahələrində əməkdaşlıq edən güclü dövlətdir. Belə bir şəraitdə 907-ci düzəlişin mövcudluğu ABŞ–Azərbaycan münasibətlərinin faktiki səviyyəsi ilə ziddiyyət təşkil edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni Azərbaycan reallığı bu düzəlişi hüquqi baxımdan deyil, siyasi baxımdan da mənasız hala gətirib”-deyə Nicat İsmayılov qeyd edib.

“Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt yardım dilənən və ya asılı vəziyyətdə olan dövlət olmayıb. 907-ci düzəlişin ləğvi də məhz bu ləyaqətli və müstəqil siyasətin təbii nəticəsi kimi qiymətləndirilməlidir.

907-ci düzəlişin birdəfəlik ləğvi:

Tarixi ədalətsizliyə son qoyulması,ABŞ-ın regionda obyektiv və balanslı siyasətə keçməsi,Ermənistanın illərlə formalaşdırdığı saxta siyasi narrativlərin dağılması və ABŞ–Azərbaycan münasibətlərinin yeni, daha sağlam mərhələyə qədəm qoyması demək olacaq”-deyə politoloq bildirib.

Politoloq hesab edir ki, 907-ci düzəliş bir dövrün zəif Azərbaycanına qarşı yönəlmiş siyasi alət idi, lakin cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü dövlət quruculuğu və qətiyyətli diplomatik xətti bu aləti faktiki olaraq sıradan çıxardı.

“Bu gün 907-ci düzəliş nə regional reallıqlara, nə ABŞ-ın strateji maraqlarına, nə də beynəlxalq hüququn prinsiplərinə cavab verir. Onun ləğvi artıq siyasi seçim yox, qaçılmaz zərurətdir. Yeni ABŞ–Azərbaycan reallıqları fonunda 907-ci düzəlişin mövcudluğu siyasi absurddur və bu absurdun aradan qaldırılması zaman məsələsidir”-deyə Nicat İsmayılov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri