Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Çin səfəri: əməkdaşlıqda yeni mərhələ

Prezident İlham Əliyevin Çin səfəri: əməkdaşlıqda yeni mərhələ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O qeyd edib ki, Si Cinpin görüş zamanı Azərbaycanın müstəqil inkişaf yoluna dəstəyini ifadə edib və iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənəcəyini bildirib. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.

“Xüsusilə “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat-logistika mərkəzinə çevrilir. Bu da Çin mallarının Avropaya daha qısa vaxtda və sərfəli marşrutla çatdırılmasına imkan yaradacaq.

Görüş zamanı COP29-un Azərbaycanda keçirilməsinin önəmi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın qlobal ekoloji təşəbbüslərdə fəal rol oynadığını qeyd edib, Çin tərəfi isə bu istiqamətdə əməkdaşlığa maraq göstərib.

Müzakirələrdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi kimi məsələlər də yer aldı”, - deyə müsahibimiz əlavə edib.

Azərbaycan ilə Çin arasında vizasız gediş-gəliş rejimindən də bəhs olunduğunu diqqətə çatdıran deputat deyib: “Bu, turizm və təhsil sahələrində əlaqələrin genişlənməsinə, xalqlar arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin Çin səfəri Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasətinin bariz nümunəsidir. İki ölkə arasında münasibətlərin möhkəmləndirirlməsi ölkəmizin regional nəqliyyat mərkəzi kimi rolunu genişləndirir, enerji ixrac imkanlarını və ekoloji təşəbbüslərdə iştirakını artırır. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın Asiya ilə Avropa arasında strateji körpü rolunu daha da gücləndirir, ölkəmizi yeni texnologiyalar, investisiyalar və enerji layihələri üçün cəlbedici tərəfdaşa çevirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri