Icma.az
close
up
RU
“907 ci düzəlişin tam ləğvi mütləq və gözləniləndir” Deputat

“907 ci düzəlişin tam ləğvi mütləq və gözləniləndir” Deputat

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“907-ci düzəlişin tam ləğvi mütləqdir. Bununla bağlı Azərbaycan Prezidentinin Vaşinqtona səfəri zamanı ABŞ lideri ilə razılıq əldə edilib. 907-ci düzəlişin ləğvi ABŞ-ın hazırkı administrasiyasının Azərbaycana yönəlik münasibətidir və biz bunun tam aradan qaldırılmasını gözləyirik”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvinə dair təqdim edilən qanun layihəsi barədə danışarkən deyib.

Deputat bildirib ki, 1992-ci ildə Azərbaycan torpaqları işğal altında olanda ölkəmizə qarşı çox ədalətsiz bir qərar qəbul edildi: “İşğalçıya heç nə deyilmədən işğala məruz qalan tərəfə belə sanksiya tətbiq edilirsə, bu, beynəlxalq hüququn ayaqlar altına atılması və çox böyük ədalətsizlik idi. Məlumdur ki, 907-ci düzəlişin həmmüəlliflərindən biri ABŞ-ın əvvəlki prezidenti Co Bayden olub. Donald Tramp bunu çox gözəl anlayır, Azərbaycanla münasibətlərə önəm verir. Hesab edirəm ki, 907-ci düzəlişin ləğvi məsələsi necə ki, razılaşdırılıb, elə də yekun qərar qəbul ediləcək. Yəni birmənalı şəkildə bu düzəliş tam ləğv olunmalıdır”.

A.Əlizadə əlavə edib ki, Azərbaycan-ABŞ münasibətləri istiləşməyə doğru gedir, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında, kommunikasiyaların açılmasında Birləşmiş Ştatlar öz səylərini göstərməkdədir:

“Bunun fonunda təbii ki, Azərbaycanla münasibətləri normallaşdırmaq, yaxınlaşdırmaq üçün 907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır ki, biz bu qərarın nəhayət qəbul olunacağını gözləyirik”.

Deputat istisna etmir ki, ABŞ qanunverci orqanında bunun ləğvinə qarşı çıxmaq istəyənlər olacaq: “Qarşı tərəfin buna hansı səviyyədə nail ola biləcəyini zaman göstərəcək. İstənilən halda Konqresdə həm də demokratları dəstəkləyən müəyyən ermənipərəst qüvvələr var, onların arasında da 907-ci düzəlişin ləğvinə təbii ki, maneə olmaq istəyənlər var. Bütün hallarda ümid edirəm ki, bu səylər əbəsdir və nəticə etibarilə Azərbaycanla münasibətlərin normallaşması, irəli aparılması  baxımından 907-ci düzəlişin ləğvi gözləniləndir”.

Deputatın sözlərinə görə, buna nail olunsa, ABŞ-Azərbaycan münasibətlərində yeni bir səhifə açılacaq, əlaqələrimiz daha da inkişaf edəcək: “Təbii ki, bu, siyasi, iqtisadi, ticari münasibətlərə çox ciddi təsir göstərən amildir. Eyni zamanda, qeyd etdiyim kimi, Zəngəzur dəhlizinin açılmasında da ABŞ Azərbaycanla əməkdaşlıq etməkdədir. Bu kontekstdə də, kommunikasiya xətlərinin açılması və genişlənməsi fonunda da ABŞ - Azərbaycan münasibətlərinin bir qədər də yaxınlaşmasına, istiləşməsinə  ehtiyac var. Bu baxımdan da 907-ci düzəlişin ləğvi mütləqdir və gözləniləndir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri