Hamiləliyinin 34 cü həftəsində marafon qaçdı: amerikalı qadından inanılmaz nəticə
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
ABŞ-də 38 yaşlı Deydre Kin hamiləliyinin 34-cü həftəsində Nyu-York marafonunda iştirak edərək 42,195 kilometrlik məsafəni qət edib.
İdman.Biz “Associated Press” agentliyinə istinadən xəbər verir ki, tibb işçisi və təcrübəli qaçışçı olan amerikalı qadın finişə 4 saat 6 dəqiqə 55 saniyəyə çatıb.
Bu, Kinin 2026-cı ildə tamamladığı yeddinci böyük marafon olub. O, Tokio, Boston, London, Sidney, Berlin, Çikaqo və Nyu-York marafonlarında finiş xəttini keçərək qarşısına qoyduğu məqsədə nail olub.
İlin əvvəlində bütün bu yarışlarda iştirak etməyi planlaşdıran Kin apreldə hamilə olduğunu öyrənib. O, həkimi ilə məsləhətləşdikdən sonra qaçışlara davam etmək qərarına gəlib.
Amerikalı idmançı hamiləliyinin 25-ci həftəsində Sidney, 29-cu həftəsində Berlin, 31-ci həftəsində isə Çikaqo marafonunu tamamlayıb. Nyu-Yorkdakı son yarışa çıxarkən artıq hamiləliyinin 34-cü həftəsində olub.
Kin bildirib ki, Nyu-York marafonunun marşrutu doğuş etməyi planlaşdırdığı xəstəxananın yaxınlığından keçib:
“Marafonun marşrutu doğuş edəcəyim xəstəxanadan bir məhəllə aralıdan keçirdi. Zarafat edirdik ki, lazım gəlsə, elə oradaca yarışdan çıxıb xəstəxanaya gedərəm”.
Qaçış zamanı həyat yoldaşı Brayan da ona dəstək olub və marşrutun müxtəlif nöqtələrində su verib.
Qeyd edək ki, Kin indiyədək marafon və ultramarafonlarda ümumilikdə 74 dəfə iştirak edib. O, 2023-cü ildə yeddi qitədə yeddi gün ərzində yeddi marafon qaçmaqla da fərqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Noyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















