94 yaşlı Xalq şairi Nəriman Həsənzadənin maraqlı görüntüsü yayıldı VİDEO
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Bir neçə gün öncə müalicə aldığı xəstəxanadan evə buraxılan Xalq şairi Nəriman Həsənzadənin yeni görüntüsü yayılıb.
"Ölkə.az" bildirir ki, sosial şəbəkələrdə paylaşılan görüntüdə 94 yaşlı Xalq şairi yazı makinasının arxasında əyləşərək yeni əsəri üzərində çalışır.
Görüntülər Nəriman Həsənzadənin səhhətində müsbət dinamikanın olduğunu göstərməklə yanaşı, onun yaradıcılıq enerjisinin və ruh yüksəkliyinin illərə meydan oxuduğunu bir daha nümayiş etdirir. Uzun illər Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edən sənətkarın bu görüntüləri izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















