Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ağ Ev Bakı arasında strateji tərəfdaşlıq: 907 ci düzəliş maneəsi

Ağ Ev Bakı arasında strateji tərəfdaşlıq: 907 ci düzəliş maneəsi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoymaq üçün real və çoxşaxəli potensiala malikdir. Siyasi dialoqdan enerji təhlükəsizliyinə, regional sülh təşəbbüslərindən nəqliyyat və texnoloji əməkdaşlığa qədər geniş spektrdə formalaşmış bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün obyektiv zəmin mövcuddur. Lakin bu prosesin qarşısında hələ də aradan qaldırılmamış əsas institusional maneə qalmaqdadır. Bu, ABŞ Konqresində qəbul edilmiş ədalətsiz Azadlığı Dəstək Aktına olan 907-ci düzəlişdir.

Yeni geosiyasi reallıqlar və Vaşinqton–Bakı dialoqu

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 4-də ABŞ nümayəndə heyəti ilə keçirdiyi görüş bir daha göstərdi ki, Bakı regional sülh gündəliyinin aparıcı aktoru kimi beynəlxalq tərəfdaşlarla açıq və konstruktiv dialoq xəttini davam etdirir. Görüşdə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunmuş razılaşmaların tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Prezident İlham Əliyev bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu önə çəkərək, Vaşinqtonun regionda sabitliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Bu məqam ABŞ-ın Cənubi Qafqazda konstruktiv vasitəçi roluna qayıtmaq niyyətinin də göstəricisi kimi dəyərləndirilə bilər.

Sülh gündəliyi: siyasətdən iqtisadi inteqrasiyaya

Azərbaycanın sülh yanaşması təkcə siyasi bəyanatlarla məhdudlaşmır, konkret iqtisadi və humanitar addımlarla müşayiət olunur. Ermənistanla ticarət münasibətlərinin qurulması, Azərbaycan neft məhsullarının bu ölkəyə ixracı, Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti regionda yeni etimad mühitinin formalaşdığını göstərir.

Eyni zamanda Prezident İlham Əliyevin TRIPP dəhlizi ilə bağlı ifadə etdiyi ümidlər regional nəqliyyat və logistika arxitekturasının yenidən qurulması baxımından strateji əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Cənubi Qafqazı deyil, Mərkəzi Asiyanı, Yaxın Şərqi və Avropanı birləşdirən yeni geoiqtisadi xətt kimi çıxış edə bilər.

907-ci düzəliş: köhnə yanaşmanın yeni reallıqlarla ziddiyyəti

Bütün bu müsbət dinamika fonunda “Azadlığa Dəstək Aktı”na daxil edilmiş 907-ci düzəlişin mövcudluğu Azərbaycan-ABŞ münasibətlərinin real mahiyyəti ilə ziddiyyət təşkil edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu düzəliş bugünkü əməkdaşlıq səviyyəsinə uyğun deyil və ayrı-seçkilik xarakteri daşıyır.

ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılması mühüm siyasi siqnal olsa da, onun tam ləğvi üçün Konqres səviyyəsində qərar qəbul edilməsi vacibdir. Məhz bu kontekstdə ABŞ Konqresinin saytında 907-ci maddənin ləğvi ilə bağlı qanun layihəsinin dərc edilməsi diqqətçəkən və ümidverici addımdır. Layihənin əsaslandırılmasında Azərbaycanın müstəqillik dövründən etibarən ABŞ-ın etibarlı tərəfdaşı olduğu, regional sülhə sadiqlik nümayiş etdirdiyi və Ermənistanla sülh sazişi əldə etdiyi açıq şəkildə qeyd olunur.

Tramp administrasiyası və Bakı ilə yeni səhifə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “The Washington Times” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər də bu siyasi kontekstin mahiyyətini aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə operativ və müsbət reaksiya verib, halbuki Bayden-Blinken administrasiyası dövründə münasibətlərdə ciddi anlaşılmazlıqlar yaşanıb və 907-ci düzəliş yenidən aktivləşdirilib.
Hacıyev Trampın birinci prezidentliyi dövründə Cənub Qaz Dəhlizi layihəsinə verilən dəstəyi xatırladaraq, ABŞ-Azərbaycan enerji əməkdaşlığının Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Bu fakt Vaşinqton üçün Bakının yalnız regional deyil, qlobal miqyasda strateji əhəmiyyət daşıdığını göstərir.

Strateji tərəfdaşlıq üçün açıq pəncərə

Bu gün Azərbaycan dini tolerantlıq, multikulturalizm və sabitlik modeli ilə qeyri-sabit coğrafiyada Qərb üçün təbii və etibarlı tərəfdaşdır. Bakı sülhü yalnız hökumətlər arasında deyil, xalqlar arasında qurmaq strategiyasını həyata keçirir. Ermənistanla iqtisadi əlaqələrin təşviqi də bu yanaşmanın tərkib hissəsidir.

Nəticə etibarilə, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün bütün siyasi, iqtisadi və geosiyasi imkanlar mövcuddur. Bu prosesin qarşısında duran əsas maneə olan 907-ci düzəlişin birdəfəlik aradan qaldırılmasıdır. Onun ləğvi yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazda sülhü, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə daha sıx və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edəcək.

Bu, Vaşinqton üçün də regional sabitliyə töhfə vermək və etibarlı tərəfdaşla münasibətləri strateji müstəviyə daşımaq üçün tarixi fürsətdir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Yanvar 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri