A millidən U 21 ə göndərildi Türkiyənin 27 illik həsrəti
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Türkiyənin əsas millisinin heyətinə çağırılan İlhan Fakılı müvəqqəti olaraq U-21 yığmasına göndərilib.
Apasport.az xəbər verir ki, “Beşiktaş”ın 20 yaşlı vingeri əsas və U-21 millilərinin məşqçi korpuslarının birgə qərarı ilə sentyabrın 26-da Ukraynaya qarşı keçiriləcək vacib matçda gənclər yığmasına kömək edəcək.
Qarşılaşmadan sonra Fakılı yenidən əsas millinin düşərgəsinə qayıdacaq.
Bu qərarın əsas səbəbi Türkiyə U-21 millisinin 27 ildən sonra Avropa çempionatına çıxmaq uğrunda həlledici mərhələyə yaxınlaşmasıdır. Egemen Korkmazın komandası 2027-ci il Avropa çempionatının seçmə mərhələsində H qrupunda 6 oyundan sonra 11 xalla ikinci pillədədir. Ukrayna ilə görüşdə ən azı bir xal qazanılacağı təqdirdə Türkiyə pley-off mərhələsinə vəsiqəni təmin edəcək.
Türkiyə U-21 millisi tarixində sonuncu dəfə 2000-ci ildə Avropa çempionatının final mərhələsində iştirak edib. Komanda qrup liderliyi şansını da saxlayır və bunun üçün bir oyun az keçirən, 13 xalla birinci olan Xorvatiyanın xal itirməsinə ümid edir.
Qeyd edək ki, İlhan Fakılı ilkin olaraq Türkiyənin Fransa, İtaliya və Belçikaya qarşı Millətlər Liqası oyunları üçün əsas milliyə dəvət olunmuşdu.
Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır" “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















