Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəki, 1 noyabr, AZƏRTAC
Gecə saatlarında Şəkinin İnçə kəndi ərazisində nəqliyyat vasitəsi sərt döngədə idarəetməni itirərək dərəyə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər - Şamaxı rayon sakini 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















