Icma.az
close
up
RU
A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏR

A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Vitaminlər orqanizmdə müxtəlif vacib proseslərdə iştirak edir və onların çatışmazlığı bir çox pozulmalara səbəb olur.

Belə ki, ən güclü antioksidant olan A vitamini boyatma proseslərində, immun və cinsiyyət sistemlərinin fəaliyyətində, görmədə, dəri, saç və dırnaqların vəziyyətində böyük rol oynayır.

Saglamolun.az bildirir ki, A vitamininin çatışmazlığı zamanı ilk növbədə el arasında “toyuq korluğu” kimi tanınan pozulma inkişaf edir. Əgər işıqlı otaqdan qaranlıq otağa keçəndən 7-8 saniyədən sonra gözləriniz  adaptasiya olunmursa və siz heç nə görmüsünüzsə, bu toyuq korluğuna işarə edə bilər. Əgər bu hal müalicə olunmazsa, gözdə çox ciddi pozulmalar inkişaf etməyə başlayır – buynuz qişası qalınlaşır, quruyur, bulanıq olur, onun üzərində hətta eroziyalar əmələ gələ bilər.

A vitamininin çatışmazlığı zamanı dəri quruyur, çatlayır, dəridə vaxtından əvvəl qırışlar əmələ gəlir.

A vitamini immun sisteminin normal fəaliyyətində çox vacib rol oynayır. Məsələ burasındadır ki, A vitamini selikli qişalarımızı nəm saxlayır. Selikli qışalar (ağız boşluğunda, burunda, gözlərdə, həzm, sidik ifrazı sistemində və s.) orqanizmin ilk “müdafiə səddi”dir. Virus və ya mikroblar selikli qişaların üzərinə düşəndə bir tərəfdən selikli qişalarda olan xüsusi immun hüceyrələrinin köməyi ilə zərərsizləşdirilir, digər tərəfdən yad cismlər mexaniki olaraq seliyə yapışır və daha sonra orqanizmdən xaric olunur. Lakin bütün bunlar üçün selikli qişalar nəm, sözün əsl mənasında selikli olmalıdır. A vitamininin çatışmazlığı zamanı selikli qişalar quruyur və öz vacib müdafiə funksiyalarını tam yerinə yetirə bilmir. Nəticədə insan tez-tez müxtəlif infeksion xəstəliklərə tutulur.

A vitamini çatışmayanda dırnaqlar nazik və kövrək olur, tez-tez qırılır, saçlar tökülür.

Müayinə və xüsusi analizlərdən sonra insanda bu vitaminin defisiti aşkar olunarsa, həkim ona A vitamini ilə zəngin olan pəhriz təyin edir. Bu kök, balqabaq, ispanaq, qırmızı bolqar bibəri, pomidor, kahı, istənilən sarı və narıncı meyvələr və həmçinin toyuq, qoyun, mal və balıq qaraciyəri, yumurta sarısı kimi məhsullardır.

Nəzərə almaq lazımdır ki, E vitamini A vitamininin mənimsənilməsini xeyli artırır. Bu səbəbdən tərəvəz salatlarına bitki yağını əlavə etmək lazımdır. Bildiyimiz kimi, bitki yağları qidalanmamızda E vitaminin əsas mənbələridir.  

Lazım olduğu halda həkim əlavə A vitamini preparatını təyin edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu vitaminin orqanizmdə artıqlığı defisit qədər və bəlkə də ondan da təhlükəlidir – xərçəngin riskini artırır. Bu səbəbdən A vitaminini yalnız həkimin təyini ilə qəbul etmək olar.

A vitamininin defisitinin səbəbləri arasında bunlardır: düzgün olmayan qidalanma, aclıq, monopəhrizlər, güclü uzunmüddətli streslər və güclü fiziki yüklənmələr, bəzi xəstəliklər (xroniki ishal, malabsorbsiya sindromu, qaraciyər sirrozu, şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.).  

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri