12 yaşı olsa da, hələ məktəb üzü görməyib VİDEO
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
12 yaşı var, Amma nə oxuya, nə də yaza bilir. Bu qızcığaz hazırda 7-ci sinifdə oxumalı olduğu halda indiyədək məktəbə getməyib.BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakıda NZS adlanan qəsəbədə yaşayan Tövhənisə Əkbərovanın valideynləri bir müddət əvvəl boşanıblar. Elə bütün problemlər də bundan sonra başlayıb.Uşağın atası Yengibar Kərimovun sözlərinə görə, daha sonra uşağını məktəbə qoymaq üçün nə qədər cəhd göstərsə də, bu cəhdləri boşa çıxıb. Çünki Tövhənisənin sənədləri qaydasında olmayıb və bu sənədlərdə ata adı ümumiyyətlə qeyd edilməyib. Ona görə də atanın sənədləri qaydaya salmaq cəhdləri uğursuz olub.Balaca qızcığaz isə hər şeyə rəğmən oxumaq, təhsil almaq istəyir. Bunun üçün o, atasının maddi imkanının yaxşı olmamasını əsas gətirərək çıxış yolunu internat məktəbində qalmaqda görür.Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılacaq və lazımi kömək göstəriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu mövzuda digər xəbərlər:Yalnız üç komanda məğlubiyyət üzü görməyib
24 Sentyabr 2025 18:00
Komandası məğlub olsa da, futbolçunun üzü güldü
05 Yanvar 2025 12:33
Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü FOTO/VİDEO
14 Oktyabr 2026 14:51
Qəzzanın gülən üzü... Video
11 Oktyabr 2025 01:55
O, hələ gün işığı görməyib
20 İyul 2025 07:07
Baxış sayı:87
Bu xəbər 19 Noyabr 2026 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















