Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Estoniyada təbiəti müşahidə etmək üçün meşəlik əraziyə quraşdırılan kamera qeyri-adi bir heyvanı görüntüləyib. Saaremaa adasında "Lutreola" Vəqfinin kamerasına düşən cüyürün alnının tən ortasında buynuza bənzər çıxıntı olduğu müəyyən edilib.
Milli.Az xəbər verir ki, xarici görünüşü ilə nağıllardakı təkbuynuzlu atları (unikorn) xatırladan heyvanın meşədə gəzdiyi və su içdiyi anlar kameraya yansıyıb.
Alimlər və mütəxəssislər görüntülərə əsaslanaraq çıxıntının həqiqi buynuz, yoxsa başqa bir anatomik formasiya olduğunu hələlik dəqiqləşdirə bilməyiblər. Heyvan fiziki olaraq müayinə edilmədiyi üçün bunun səbəbi naməlum qalır.
Kamera əslində nəsli təhlükədə olan Avropa bizonunu izləmək üçün quraşdırılmışdı. Araşdırmalar zamanı həmin kameraya nadir hallarda rast gəlinən qara leylək də yaxalanıb.
2008 ildə İtaliyanın Toskana bölgəsində də alnının ortasında tək buynuzu olan bənzər bir ceyran qeydə alınmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Noyabr 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















