Icma.az
close
up
RU
AAYDA nın sərhəd tanımayan özbaşınalığı 18 ildir ki...

AAYDA nın sərhəd tanımayan özbaşınalığı 18 ildir ki...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Metronun “Koroğlu” stansiyasının ətrafında körpünün salınması, yolların genişləndirilməsindən təxminən 15 ildən çox vaxt keçsə də, bu məqsədlə əmlakı sökülən vətəndaşlar arasında hələ də kompensasiyasını ala bilməyənlər var.

Hurriyyet.az xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən, hər mərtəbəsi 300 kvadrat metr olmaqla, ümumilikdə 600 kvadrat metrlik ikimərtəbəli obyektin sahibi də bu problemlə əlaqədar məhkəməyə müraciət edib. Mülkiyyətçi məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) qarşı iddia qaldırıb. Onun sözlərinə görə, obyektin bütün sənədləri qaydasında olub. Kompensasiya ödənişi üçün məhkəmədən əvvəl AAYDA-ya ərizə göndərib, lakin oradan imtina cavabı gəlib. Cavabda göstərilib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Koroğlu metrostansiyası ətrafında müxtəlif səviyyəli yol qovşağının tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən maneələrin sənədləşdirilməsi, dəymiş ziyana görə kompensasiyaların ödənilməsi üçün həmin dövrün qanunvericiliyinə uyğun olaraq, Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdı. Tikinti altına düşən maneələrin siyahıya alınması da komissiya tərəfindən aparılıb və təsirə məruz qalan əmlak sahiblərinə kompensasiya ödənilib.

Şikayətçi bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Koroğlu” metrostansiyası ətrafında fəaliyyət göstərmiş obyektlərin digər ərazilərdə yenidən bərpa edilməsi, yaxud da bərpa qiymətini ödəməklə bağlı öhdəlikləri vardı. Lakin bu qurum öz vəzifəsini yerinə yetirməyib, hərəkətsizlik eləyib: “Onların qanunsuz və əsassız olaraq dəymiş ziyanın ödənilməsindən imtinası mənim mülkiyyət hüquqlarımı pozur”.

Mülkiyyətçi qeyd edir ki, Azərbaycanın Konstitusiyası da, digər qanunları da mülkiyyətin toxunulmazlığına təminat verir. Baş verənlər isə mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır: “Söküntü dövlət ehtiyacına görə həyata keçirilibsə, bu halda da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunla tənzimlənməlidir. Lakin bu qanunun da tələbləri pozulub”.

Şikayətçinin sözlərinə görə, 18 ildir ki, bu problemlə əlaqədar çətin vəziyyətə düşüb: “Həm torpağın, həm də əmlakın özünün çıxarışı vardı. Söküntü işlərinin aparılmasında birbaşa icra başçısının özü də iştirak edirdi. Bir müddət əvvəl 22 nəfər sahibkar birlikdə Prezident Administrasiyasına müraciət etdik. Dedilər ki, məhkəməyə müraciət edin”.

Sahibkar əlavə edib ki, uzun mübarizədən sonra əmlakının bir hissəsi ilə bağlı təzminat əldə edə bilsə də, qalan hissə indiyə qədər qalıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri