"Sədərək" və "Binə" bağlanır?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Deyilənə görə, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.
Axar.az xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.az-a açıqlamasında ticarət mərkəzinin fəaliyyətinin əvvəlki qaydada davam etdiyini bildirib.
"Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. "Sədərək" Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur", - K.Qədim əlavə edib.
K.Qədim qeyd edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Noyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















