Icma.az
close
up
RU
“ABAD”çı sənətkarlar Şəkiyə toplaşdılar

“ABAD”çı sənətkarlar Şəkiyə toplaşdılar

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 5-də Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında reallaşan tədbir çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub, sənətkarlar tərəfindən ustad dərslər nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük İpək Yolunun üzərində yerləşən və bu il 2713 illiyini qeyd edən bu qədim şəhərin gözəl təbiəti, tarixi memarlıq abidələri, nadir sənətkarlıq növləri ilə seçildiyini bildirib. Qeyd olunub ki, Şəki şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin, demək olar ki, hamısı bu günədək yaşayır. Şəbəkə, misgərlik, qalayçılıq, zərgərlik, dulusçuluq, papaqçılıq, təkəlduz və digər qədim istehsal sahələri Şəki sənətkarlıq məktəbinin başlıca sütunlarını təşkil edir. İpəkçilik bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında mühüm yer tutub.

Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Şəki, həmçinin Dünya Tarixi Şəhərlər Liqasının, 2017-ci ildən “Sənət və sənətkarlıq” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür. 2019-cu ildə isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Elxan Usubov bildirib ki, Şəkinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi daxilində fəaliyyəti xalq tətbiqi sənət növlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin bu sənət növlərinə yiyələnməsi, həmçinin şəhərin turizm potensialının genişləndirilməsi üçün imkanlar yaradıb. Mədəniyyət və yaradıcılıqla bağlı tədbirlərin və təşəbbüslərin sayı daha da artıb.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli çıxışında sənətkarlıq diyarı kimi məşhur olan Şəkidə mədəni-tarixi irsin qorunub saxlanmasına hər zaman böyük diqqət göstərildiyini vurğulayıb.

Tədbirdə çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Azərbaycanın tarix boyunca sənətkarlar diyarı kimi tanındığını, dünyaya bir çox sənət nümunələrini bəxş etdiyini diqqətə çatdırıb. O deyib: “ABAD” publik hüquqi şəxs olaraq biz dekorativ tətbiqi xalq sənətkarlığının, o cümlədən ölkəmizdə qədim ənənələrə malik olan keramika sənətinin qorunması və inkişaf etdirilməsi istiqamətində zəruri işlər görürük. Bu baxımdan Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin xüsusi əhəmiyyəti var. Mərkəz Azərbaycanın tarixi keramika ənənələrinin qorunmasına və qeyri-maddi mədəni irsin yaşadılmasına xidmət edir və fəaliyyətə başladığı gündən indiyədək burada bir sıra beynəlxalq tədbirlər təşkil edilib, beynəlxalq simpozium keçirilib”.

Tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələri ictimaiyyətə təqdim olunub. Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.

Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri