700 cü sahibkar “ABAD”çı adını qazandı
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artmaqda davam edir. 700-cü sahibkar Lənkəran rayonunda fəaliyyət göstərən “İnci Çay” brendinin təsisçisi Xəyalə Abdullayevadır.
Metbuat.az xəbər verir ki, “İnci Çay” brendi Azərbaycanın qədim çayçılıq ənənələrini yaşadaraq Lənkəranda yetişdirilən yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanan məhsulları istehlakçılara təqdim edir.
Ənənəvi üsullarla emal olunan çaylar özünəməxsus ətri, dadı və keyfiyyəti ilə seçilir. Brend yerli çayçılıq ənənələrinin qorunub saxlanılmasına və bölgənin kənd təsərrüfatı potensialının tanıdılmasına töhfə verir.
“ABAD” sıralarına qoşulması münasibətilə 700-cü “ABAD”çı Xəyalə Abdullayevaya İçərişəhərdə fəaliyyət göstərən “ABAD” etno-butikində “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat təqdim edilib. Burada həmçinin “ABAD”ın fəaliyyəti, sahibkarlara göstərilən dəstək mexanizmləri və “İnci Çay” brendinin məhsulları haqqında məlumat təqdim olunub.
“ABAD” ailə bizneslərinin inkişafına dəstək göstərməklə yerli istehsalın təşviqinə və regionlarda sahibkarlığın genişlənməsinə töhfə verməyə davam edir.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 İyun 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















