Icma.az
close
up
RU
ABB ABA nın 6 mükafatını qazandı!

ABB ABA nın 6 mükafatını qazandı!

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

ABB 2024-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 6 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”,  “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”.

Xatırladaq ki, bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatının nəticələrinə görə, ABB ötən il müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.

ABB ötən il COP29 tədbirinin əsas bank tərəfdaşı olub. COP29-un “Yaşıl zonası”ndakı pavilyonunda dayanıqlılıq mövzusunda çoxsaylı tədbirlər keçirib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

ABB 2024-cü ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlar üçün nəzərdə tutulmuş və onlara geniş imkanlar yaradan ABB Biz tətbiqini bazara təqdim edib. Həmçinin rəqəmsal ödənişlər sahəsində innovativ layihələrini davam etdirərək  “ABB – AZAL Miles” kartı kimi məhsullarını müştərilərin istifadəsinə verib.

ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb, o cümlədən ABB səhmlərinin kütləvi emissiyası kampaniyasını uğurla həyata keçirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see260

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see232

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see229

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see220

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see211

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see211

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see189

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see167

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see158

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see155

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri