Icma.az
close
up
RU
ABB nin kassiri həbsdədir, amma “Makler İsa”dan xəbər yoxdur Məmur qohumu, kriminal əlaqələr...

ABB nin kassiri həbsdədir, amma “Makler İsa”dan xəbər yoxdur Məmur qohumu, kriminal əlaqələr...

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialının həbs edilən kassiri yenidən hakim önünə çıxarılıb. O, saxta qəbzlərlə 81 min manat ələ keçirməkdə ittiham olunur.

Yenisabah.az xəbər verir ki, Musavat.com-un xəbərinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Zaur İsmayılov 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştəriyə hesab açaraq vəsait yerləşdirəcəyini və bundan illik 10 faiz qazanc əldə edəcəyini bildirib.

Buna görə ondan 81 min manat alıb. Sonra məlum olub ki, həmin pulu banka əmanət kimi daxil etməyib.

Hadisə ABB-nin Zaqatala filialında baş verib. Zaur ABB-nin filialında xəzinədar kimi işləyən zaman İsadan aldığı pulların qarşılığında zərərçəkmişə saxta qəbzlər təqdim edib.

Təqsirləndirilən şəxs ittihamla razılaşmır. Deyib ki, İsa ilə bankda tanış olub. Zaurun sözlərinə görə, İsa onu aldadıb, sonra da hədə-qorxu gəlib:

“İsa əmlak alqı-satqısı ilə məşğul olurdu. Dostumla şərikli 3 mərtəbəli 900 kvadratlıq obyektimizi satmaq istəyirdik. İsa deyirdi ki, əlində yaxşı müştərilər var. İsaya obyektin sənədlərini göstərdik. Dedi ki, obyektin sənədləri ev kimi göstərilib. Obyekt kimi göstərilsə, baha satılacağını dedi. Buna görə 10 min verdim. O da arxitektura şöbəsinə verdi. Sonra dəfələrlə arxitektura şöbəsi ilə əlaqə saxladım. Amma sənəd məsələsi uzandı.

Həmin ərəfədə İsa dedi ki, ev alqı-satqısı ilə məşğuldur. Ucuz evlər düşür. Mən pulumun olmadığını, İsveçrədə yaşayan qardaşımla danışacağımı dedim.

Qardaşım razılaşıb pul göndərməyə başladı. 70 min dollar qardaşım göndərdi. Başqa bir dostumdan 23 min götürdüm. Bir az da bankdan kredit aldım.

Bir müddət sonra İsa obyektimizə 350 minə müştəri tapdığını dedi. Alqı-satqı üçün 70 minlik beh müqaviləsi bağlatdırdı. Müqavilənin məzmununda yazılmışdı ki, müqavilə pozulsa, ikiqat pul ödəmək lazımdır. Mən bunu bilmirdim. Alqı-satqı məsələsi uzandı. İsaya obyekti satmaq istəmədiyimi dedim. O zaman mənə müqavilənin şərtini dedi. Razılaşıb obyekti satdıq”.

Təqsirləndirilən şəxs iddia edib ki, İsa onu dəfələrlə təhdid edib:

“Adam öldürən olduğunu deyirdi. Övladlarımı izlətdirirdi. Gürcüstanda kriminal adamlarının olduğunu deyirdi. Hamısı səs yazılarında mövcuddur. Zaqatala Rayon Məhkəməsinin hakimi bu səsləri dinləyib”.

Təqsirləndirilən şəxs deyib ki, İsada 350 min manat pulu var.

Banka qoyulan 81 min manata gəlincə, təqsirləndirilən şəxs maraqlı ifadə verib. Zaur deyib ki, 81 min manat qarşılığında İsaya çek verməyib:

“İsa çekləri özü götürüb, hazırlayıb. Mən işləyən vaxt kassa şüşədən idi. Həmin şüşədən əl də keçirdi. Kassanın qapısı da bəzən açıq qalırdı. Çünki qapıda texniki nasazlıq olurdu. Həmin dövrdə boşluqlar çox idi. Həmin çekləri saxtakarlıqla özü düzəldib”.

Məlum olub ki, cinayət işi elə bu çeklərdən sonra açılıb. İsa pulunu almaq üçün banka müraciət edib. Ona bankda əmanətinin olmadığı deyilib. Bundan sonra da cinayət işi açılıb.

Təqsirləndirilən şəxs deyib ki, bankda nəzarətsizlik olub və İsa bundan istifadə edərək saxta qəbzlər düzəldib. Əlavə edib ki, işlədiyi dövrdə 11 bankomata da özü nəzarət edib. Bankomatlar xarab olanda düzəltmək üçün özü gedirmiş. Həmin zaman da kassa nəzarətsiz qalırmış.

Zərərçəkmiş şəxs isə Zaurun dediklərini təkzib edib. Bildirib ki, Zaura verdiyi pulları banka əmanət kimi qoymalı imiş. Lakin sonradan öyrənib ki, pullar banka qoyulmayıb.

İsa əlavə edib ki, Zaurla bir neçə dəfə torpaq alqı-satqısı ediblər, qazanc götürüblər. İsa Zaurun pul məsələsi ilə bağlı dediklərini təkzib edib.

Məhkəmədə filialın rəhbəri və digər şahidlər də dindirilib. Onlar Zaurun dediyi kimi problemlərin olmadığını qeyd ediblər.

Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Zaur İmayılov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, makler İsa Abdullayevin adı keçən bir çox cinayət işi var. Onun qanunsuz əməllərini sübut edən faktlar dəfələrlə mətbuatda dərc edilib. Lakin onun əməllərinə hələki hüquqi qiymət verilməyib.

Məlumata görə, Zaqatalada “Makler İsa” kimi tanınan İsa Abdullayevin əməlləri heç də şəffaf deyil. Onun barəsində 19 nəfər şikayətçi müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.

İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.

Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soyad oxşarlığını da sübut kimi təqdim edir.

Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir.

Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.

Bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri