ABB və “Azər Türk Bank” ın Müşahidə şuralarının tərkibinə dair tələb dəyişdi
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” Açıq Səhmdar cəmiyyətlərinin Müşahidə şuralarının tərkibinə dair tələb dəyişib.
"Unikal"ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
“Azərbaycan Beynəlxalq Bankı” fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirib.
Dəyişikliyə əsasən, sədr də daxil olmaqla 5 (beş) üzv tələbi ləğv olunur. Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası ilə bağlı da sədr də daxil olmaqla, 3 üzv tələbi ləğv olunub. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















