Icma.az
close
up
RU
Azərbaycanın müəyyən etdiyi regional reallıqlar

Azərbaycanın müəyyən etdiyi regional reallıqlar

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin mövcud siyasi mərhələsini dərindən anlamaq baxımından mühüm mənbə hesab olunur. Bu çıxış Azərbaycanın artıq yeni keyfiyyət mərhələsinə keçdiyini, dövlətçilik baxımından formalaşmış  və idarəolunan sistemə malik olduğunu nümayiş etdirir.

Müsahibədə formalaşan əsas xətt ondan ibarətdir ki, Azərbaycan artıq öz gələcəyini müəyyən edən subyektdir. Burada söhbət yalnız siyasi suverenlikdən deyil, iqtisadi və ideoloji müstəqillikdən gedir. Dövlətin qərarvermə mexanizmləri daxili resurslara, milli maraqlara və uzunmüddətli strateji hesablamalara əsaslanır. Bu yanaşma Azərbaycanın regional və beynəlxalq mühitdə özünü daha inamlı aparmasına imkan yaradır.

Müsahibənin mühüm istiqamətlərindən biri əldə olunmuş reallıqların dönməzliyidir. Dövlətin bütün ərazilər üzərində real idarəetmə imkanlarına malik olması təkcə hüquqi fakt deyil, həm də siyasi və sosial reallıq kimi çıxış edir. Bu vəziyyət ölkə daxilində sabitliyin möhkəmlənməsinə, idarəetmədə vahidliyin təmin olunmasına və milli təhlükəsizlik sisteminin daha effektiv işləməsinə zəmin yaradır.

Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, son illərdə əldə edilən uğurlar qısa müddətli və ya situativ qərarların nəticəsi deyil. Onun sözlərinə görə, bugünkü reallıqlar uzun illər davam edən ardıcıl, prinsipial və milli maraqlara əsaslanan siyasətin məntiqi nəticəsidir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz inkişaf yolunu heç vaxt kənar təsirlərlə müəyyən etməyib və etməyəcək. Bu mövqe ölkənin siyasi müstəqilliyinin əsas sütunlarından biri kimi çıxış edir.

Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın suverenliyinin tam təmin olunması idi. Onun sözlərinə görə, suverenlik anlayışı yalnız hüquqi sənədlərlə ölçülmür, real idarəetmə, təhlükəsizlik və iqtisadi nəzarətlə təsdiqlənir. Prezident vurğuladı ki, bu gün Azərbaycan öz ərazisində bütün proseslərə tam nəzarət edir və bu fakt beynəlxalq aləmdə də qəbul olunur. Bu reallıq dövlətçilik baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev daxili siyasi proseslərə toxunarkən vurğuladı ki, dövlət idarəçiliyində əsas məqsəd vətəndaşa xidmət anlayışının gücləndirilməsidir. Onun sözlərinə görə, dövlət strukturlarının fəaliyyəti insanların gündəlik həyatında müsbət dəyişikliklər yaratmalıdır. Prezident qeyd etdi ki, islahatların əsas ölçüsü kağız üzərində qəbul edilən qərarlar deyil, real nəticələrdir. Bu baxımdan məsuliyyət daşımayan, etimadı doğrultmayan məmurlarla bağlı sərt mövqenin davam etdiriləcəyi açıq şəkildə ifadə olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin müasir siyasi tarixində mühüm yer tutan çıxışlardan biri kimi qiymətləndirilə bilər. Bu müsahibə təkcə ötən dövrün nəticələrinin sadalanması ilə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın mövcud vəziyyəti, regional və qlobal proseslərdə rolu, eləcə də gələcək strateji xətti barədə əhatəli baxış ortaya qoydu. Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrin təsiri altında olan deyil, hadisələrin gedişinə təsir edən dövlətdir.

Müsahibənin yekun hissəsində Prezident İlham Əliyev qarşıdakı illərdə ölkə daha da güclənəcək, iqtisadi və siyasi mövqelərini möhkəmləndirəcəyini qeyd etdi . Prezident xüsusi olaraq vurğuladı ki, xalq-dövlət birliyi Azərbaycanın ən böyük gücüdür. Bu birlik mövcud olduqca Azərbaycan qarşısında duran bütün çağırışların öhdəsindən uğurla gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri