Icma.az
close
up
RU
Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? Kritik gəlişmə

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? Kritik gəlişmə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov “Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. Hazırda ölkə hüdudlarından kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Onun Rusiyada olduğu bildirilir.

Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, A.Abbasov Ramiz Mehdiyev işi üzrə aparılan istintaqda bir çox məsələlərin aydınlaşdırılmasında mühüm rol oynaya bilər:

“Bu cinayət işinin gedişində dövlət və cəmiyyət üçün olduqca maraqlı məqamlar var. Abbas Abbasov həmin məsələlərin konkretləşdirilməsinə ciddi töhfə verə biləcək fiqurdur. Digər tərəfdən, bəzi sualların cavablandırılması Abbas Abbasovun özü üçün də vacibdir. Çünki Abbasovun Ramiz Mehdiyevlə hansı səviyyədə əlaqədə olması ciddi maraq doğurub.

Aydın Quliyev

Abbas Abbasov uzun illər Azərbaycanda məsul vəzifələrdə çalışıb, Baş nazirin müavini olub, oğlu isə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Bu baxımdan Abbasov “Mehdiyev işi” üzrə həm prosesin sürətlənməsində, həm də faktların daha dolğun şəkildə üzə çıxarılmasında mühüm rolu ola bilər.

Onun nə dərəcədə səmimi ifadələr verəcəyi irəli sürülən ittihamların tam aydınlaşdırılmasına təsir göstərəcək. Hər halda, Abbas Abbasovun Azərbaycanda olması həm davam edən istintaq, həm də ittiham olunan şəxs kimi onun özü üçün daha məqsədəuyğundur”.

Ekspert deyib ki, Rusiyanın Abbas Abbasovu Azərbaycana təhvil verib-verməyəcəyi ilə bağlı dəqiq fikir söyləmək çətindir:

“Böyük ehtimalla Rusiya bu məsələdə ciddi müqavimət göstərəcək. Çünki Abbasov Rusiya dövlət və siyasi elitası ilə sıx təmaslarda olub. Son illərdə Rusiyada yaşaması, biznes və siyasi dairələrlə geniş əlaqələrinin olması onun Azərbaycana ekstradisiyasına ciddi maneə yarada bilər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov məsələyə belə münasibət bildirib:

“Abbas Abbasov sıradan şəxs deyil, geniş əlaqələrə malik fiqurdur. O, uzun müddət Rusiyada yaşayıb. “Milyarderlər ittifaqı”nın qeydiyyata alınması məhz Abbas Abbasov tərəfindən həyata keçirilib. Bu baxımdan onun istintaqa cəlb olunması gözlənilən idi. Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsində, operativliyin təmin edilməsində, eləcə də Ramiz Mehdiyevə aid olduğu bildirilən və ilk nüsxəsi AXCP sədri Əli Kərimlinin evində tapılan məktubun Rusiyadakı müəyyən dairələrə çatdırılmasında Abbas Abbasovun birbaşa iştirakı olub.

Ramiz Mehdiyev belə bir məktubu etibar etmədiyi şəxslər vasitəsilə göndərməzdi. O bu sahədə təcrübəsi olan və güvəndiyi şəxsə müraciət edərdi. Həmçinin məxfi məlumatların daşınması prosesində də Abbas Abbasovun rolunun olduğu iddia edilir”.

Hüquqşünas deyib ki, onun Azərbaycana qaytarılması məsələsi mürəkkəbdir:

“A.Abbasovun istintaqla könüllü şəkildə əməkdaşlıq etməsi daha məqsədəuyğun olardı. Cinayət işi Cinayət Məcəlləsinin 278-ci maddəsi — “dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və ya zorla saxlanılması, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş hərəkətlər” üzrə açılıb. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu cinayətin törədilməsində iştirak etmiş, lakin dövlətə mühüm zərər vurmamış şəxslər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdikləri təqdirdə məsuliyyətdən azad edilə bilərlər. Təbii ki, bu, cəmiyyət tərəfindən düzgün qiymətləndirilməlidir.

Abbas Abbasov gecikdi, bu addımı daha əvvəl atmalı idi. Lakin istintaqdan yayınması səbəbindən barəsində axtarış elan edilib. Adları hələlik hallanmayan digər şəxslər də bu prosesdən nəticə çıxarmalıdırlar”.

Xəyal Bəşirov

X.Bəşirov vurğulayıb ki, Abbas Abbasov Azərbaycan vətəndaşlığından çıxıbsa, Bakıya təhvil verilməsi prosesi çətinləşə bilər:

“Çünki Moskva onun Rusiya vətəndaşlığını əsas götürə bilər. Lakin bu, Kremlin haqlı mövqedə olduğu qənaətinə gəlməyə əsas vermir. Çünki Abbas Abbasova irəli sürülən ittihamlar onun Azərbaycan vətəndaşı olduğu dövrə aiddir. Azərbaycan və Rusiya arasında cinayət törətmiş şəxslərin qarşılıqlı təhvil verilməsi ilə bağlı müvafiq razılaşmalar mövcuddur. Azərbaycan indiyədək analoji hallarda cinayətkarları Rusiyaya təhvil verib. Əgər əks proses baş verərsə, bu, səsləndirilən ittihamların doğruluğunu bir daha təsdiqləmiş olar. Gələcəkdə isə onun barəsində Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiyabi hökm çıxarıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri