Icma.az
close
up
RU
Boris Qrebennikov: “Döyüşkən kollektiv formalaşdırmaq əsas vəzifəmizdir”

Boris Qrebennikov: “Döyüşkən kollektiv formalaşdırmaq əsas vəzifəmizdir”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu mövsüm əsas məqsədi vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır”.

Bu barədə kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis hədəflərinin böyük olduğunu bildirib.

“Milli komanda üçün bu mövsüm əsas vəzifə vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bütün oyunçular eyni hədəf və istək, qalib gəlmək arzusu ilə mübarizə aparmalıdırlar. Məncə, ən vacib məsələ də məhz budur. Əlbəttə, reytinq cədvəlində mümkün qədər yüksək pillələrdə qərarlaşmaq istəyirik və düşünürəm ki, qarşımızda ən yüksək hədəflər dayanır”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

B.Qrebennikov Avropa Liqasına hazırlıqdan da söz açıb:

“Komanda mayın 4-də bir araya gəlib və hazırlığı 22-dək Bakıda davam etdirəcək. Mayın 22-dən sonra isə Minskə yollanacağıq və hazırlığı Belarusun paytaxtında davam etdirəcəyik. Orada bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub. Hazırlığın ilk həftəsi daha çox başlanğıc və uyğunlaşma xarakteri daşıyır. Məqsəd bütün oyunçuları eyni fiziki hazırlıq səviyyəsinə gətirməkdir. Çünki voleybolçuların bir hissəsi bu yaxınlarda pley-off oyunlarında iştirak edib və mükafatlar uğrunda mübarizə aparıb. Digər qrup isə pley-offda oynamadığı üçün onların fasiləsi bir qədər uzun olub. Buna görə məşqçilər korpusunun əsas vəzifəsi bütün oyunçuları eyni fiziki kondisiya səviyyəsinə çatdırmaqdır”.

Baş məşqçi turnirdəki hədəflərdən də danışıb:

“Bu mövsüm üçün konkret hədəflər müəyyənləşdirilib. Komandada gəncləşmə prosesi gedir. Gənclərdən ibarət millidən 4 oyunçu əsas yığmaya cəlb olunub. Məşqçilər korpusunun əsas məqsədi onları mümkün qədər tez yığmanın səviyyəsinə uyğunlaşdırmaq, beynəlxalq təcrübə qazandırmaq və döyüşkən kollektiv formalaşdırmaqdır. Hazırlıq çox ciddi şəkildə davam edir. Bu il rəqiblərimiz olduqca güclüdür. Demək olar ki, bütün komandalar əsas heyətlə çıxış edəcəklər. Buna görə beynəlxalq mövsüm çox çətin keçəcək. Amma düşünürəm ki, məqsədlərimizə çata bilərik”.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-dəə İsveçdə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri