“Döyüşkən və bir birinə bağlı kollektiv formalaşdırmışıq” Azər Bağırov
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının VIII turu çərçivəsində doğma azarkeşləri önündə “Şəfa”ya qarşı geridönüş edərək 3:2 hesabı ilə qələbə qazanan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun barədə təəssüratlarını bölüşdü:
– Hər kəsi salamlayıram. Həqiqətən azarkeşlər üçün çox maraqlı və həyəcanlı bir qarşılaşma oldu. İlk növbədə bu qələbəni Qaxdan ailəsi ilə birlikdə qayıdanda yol qəzasında dünyasını dəyişən akademiyamızın gənc futbolçusu Seyidəli Babazadənin xatirəsinə həsr edirik. O, bizim akademiyanın yetirməsi idi, Allah rəhmət etsin. Bütün “Şamaxı” azarkeşlərini bu vacib qələbə münasibətilə təbrik edirəm. Rəqib “Şəfa” komandasına da növbəti matçlarda uğurlar arzulayıram.
– “Şamaxı” artıq 7 matçdır ki, məğlubiyyətsizlik seriyasını davam etdirir. Bu uğurun sirri nədir?
– Hər bir işdə bir xeyir var. Düşünürəm ki, xarakterimizdə və taleyimizdə bu gedişat var idi. Amma əsas amil futbolçuların meydanda göstərdiyi əziyyətdir. Məşqlərdə və paltardəyişmə otağında oyunçulara hər dəfə deyirəm ki, əziyyət çəkib sonadək mübarizə aparsalar, Allah da bu zəhmətin bəhrəsini verəcək. “Şamaxı”da məhz belə döyüşkən, bir-birinə bağlı kollektiv formalaşdıra bilmişik.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 16 Oktyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















