ABBİnvest ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya yatırıb AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 dekabr, AZƏRTAC
"ABB-İnvest" İnvestisiya Şirkəti QSC Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək, ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev "E-vote" sistemi ilə bağlı brifinqdə deyib.
"MDM dəstəyi ilə həyata keçirilmiş sınaq əməliyyatı nəticəsində "ABB-İnvest" öz hesabına türk milli valyutasında denominasiya edilmiş, tədavül müddəti 2 il, illik faiz dərəcəsi 36 faiz, nominal dəyəri 100 Türk lirəsi, 940 ədəd Türkiyə dövlət istiqrazı əldə edib. Alınmış dövlət istiqrazları üzrə klirinq və hesablaşma prosesləri başa çatdırılıb.
"Bütün bu yeniliklər 2024-2026-cı illər üzrə inkişaf strategiyamıza uyğun olaraq həyata keçirilir. Əsas məqsədimiz rəqəmsallaşma, xidmətlərin keyfiyyətinin və əlçatanlıq səviyyəsinin artırılmasıdır. İnanıram ki, həyata keçirilən bu islahatlar Azərbaycanın maliyyə bazarlarının inkişafına, investorların etimadının artmasına və ümumən iqtisadiyyatımızın güclənməsinə öz töhfəsini verəcək", - deyə A.Xudaverdiyev diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 28 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















