Icma.az
close
up
RU
Abdullahi Şuaybu: “I Liqa heç də düşünüldüyü qədər asan deyil”

Abdullahi Şuaybu: “I Liqa heç də düşünüldüyü qədər asan deyil”

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qəbələ"nin bu yay "rənglərinə bağladığı" legionerlərdən biri də Abdullahi Şuaybudu. "Kəpəz"in heyətində Premyer Liqada ümumilikdə 45 oyuna çıxan, ötən mövsümün gedişində xəstəlik səbəbindən Gəncə klubunu tərk edən 22 yaşlı nigeriyalı hazırda "qırmızı-qaralar"ın uğuru üçün tər tökür. 7 turdan sonra aktivində 4 qol olan futbolçu Sport24.az-a müsahibə verib.

- "Kəpəz"dən ayrıldıqdan sonra bir müddət Azərbaycanı tərk etdin. Geri dönüşündə isə çoxlarının gözləmədiyi halda I Liqada çıxış edən "Qəbələ" ilə anlaşdın. Komandanın çıxışından və nəticələrdən razısan?

- Bəli, komandamız yaxşı oyun nümayiş etdirir. Nəticələrimiz də bunu sübut edir. Heyətin və "Qəbələ"nin inkişafından razıyam. Komandamızın göstərdiyi performans, məncə, çox əladır.

- I Liqa ilə elita arasında səviyyə fərqi böyükdü?

- Məncə, I Liqa və Premyer Liqa arasındakı fərq ondan ibarətdir ki, elitada təcrübəli və tanınmış oyunçuların sayı daha çoxdur. Bunu həmçinin klublara da aid etmək olar. Bir çox klub aşağı liqa təmsilçiləri ilə müqayisədə daha çox inkişaf edib və peşəkarlaşıb. Sözün düzü, fikrimcə, I Liqa da çətindir. Kənardan baxanda buranın daha asan olduğu görünə bilər. Lakin əslində I Liqa heç də düşünüldüyü qədər asan deyil. Hər yerin, hər mərhələnin öz çətinliyi olur.

- Heç şübhəsiz ki, "Qəbələ"nin qarşısına Premyer Liqaya qayıtmaq məqsədi qoyulub. Hədəfə şatmaq çətin olmayacaq?

- Məqsədimiz hər kəsə bəllidir. I Liqada çempion olmaq və Premyer Liqaya dönmək. Düşünürəm ki, komandamız buna hazırdır. Oyunlarımız , nəticələrimiz də məqsədə doğru getdiyimizi göstərir. Məncə, komandamız bu il çempion olmaq potensialındadır. İnşallah gələn mövsüm yenidən elitada mübarizə aparacağıq.

- Heyətdə gənclər üstünlək təşkil edir. Onlarla bir yerdə oynamaq sizin kimi təcrübəlilərə çətin deyil ki?

- Bəli, komandada gənc oyunçular çoxdur. Lakin mən də özümü hələ onların sırasında görürəm. Oyunçularımızın hər biri komanda üçün çox vacibdir. Gənc futbolçularımız da daim öz üzərilərində işləyirlər. Bütün komanda yoldaşlarımla münasibətim çox yaxşıdır. İstənilən məsələdə - meydanda da, meydandan kənarda da bir birimizə köməklik göstərməyə çalışırıq. Bəli, Premyer Liqa təcrübəmi onlarla paylaşıram. Bu mənim üçün çox vacibdir. Çünki əsl komanda işi budur. Biz hər zaman bir birimizə yardım etməyi özümüzə borc bilirik. Çünki, biz "Qəbələ" ailəsiyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:674
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri