Icma.az
close
up
RU
Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 13 iyun, AZƏRTAC

Bu gün artıq Azərbaycanın bütün bölgələrində Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı ictimai-siyasi tədbirlər keçirilir. Azərbaycan xalqı Prezidentimizin Qərbi Azərbaycana qayıdış ideyasını dəstəkləyir və bu, artıq milliləşib. Yəni, dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir. Bir ideyanı bütün millət dəstəkləyirsə, o həyata keçməlidir. Bu kimi tədbirlərin xüsusilə son vaxtlar Naxçıvan Muxtar Respublikasında keçirilməsinin də özünəməxsus əhəmiyyəti var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri, akademik Abel Məhərrəmov Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” adlı Respublika elmi konfransı çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

Akademik qeyd edib ki, tarixin bir dönəmində Naxçıvan Muxtar Respublikası İrəvan quberniyası ilə birlikdə fəaliyyət göstərib: “Bu bölgə İrəvanla çox sıx əlaqədə olub. Bu gün də İrəvana çox yaxın bölgədir. Hesab edirik ki, Qərbi Azərbaycana qayıdış prosesinin koordinasiya mərkəzi gələcəkdə Naxçıvan Muxtar Respublikası ola bilər. Çünki Qərbi Azərbaycana, İrəvana, Göyçəyə, Ağbabaya və digər bölgələrə ən yaxın yer Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda keçirilən bütün tədbirlərə erməni televiziyaları və radioları daim diqqət yetirir”.

“Naxçıvan Muxtar Respublikasında Qərbi Azərbaycanla bağlı yüksək səviyyədə tədbirlər keçirilir. Hər tədbirdən sonra ermənilərin narahatçılığı başlayır. Düşünürəm ki, bu, beynəlxalq müstəvidə həll edilən məsələ olacaqdır. Ora bizim əzəli torpaqlardır. Mən özüm əslən Qərbi Azərbaycandanam. Bizim nəslimiz üç dəfə deportasiya görüb. Onun birində mənim atam, anam, babam, ikisində isə mənim özüm prosesin iştirakçısı olmuşam. Ağbaba mahalından bizi köçürdüblər. Əvvəllər Azərbaycanın bir sıra rayonlarında məskən salmışıq. Mən Ağdam şəhərində anadan olmuşam. Stalin öləndən sonra qayda-qanunlarda bir az yumşalma oldu deyə, biz yenidən Qərbi Azərbaycana qayıtdıq. 1988-ci ildə isə deportasiyaya məruz qaldıq”, - deyə Abel Məhərrəmov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri