Abidələrə qanunsuz müdaxilə ilə bağlı 60 müraciət ünvanlandı
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin birinci yarısında tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb.
Bu barədə Avtosfer.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb:
“32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb. Tarix-mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun ardıcıl tədbirlər həyata keçirilib. Abidələrin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması işini tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 29 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















