Icma.az
close
up
RU
Abidələrin dağıdılması Azərbaycanımızdan da yan keçməyib ŞƏRH EDİLDİ

Abidələrin dağıdılması Azərbaycanımızdan da yan keçməyib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə YUNESKO tərəfindən 1983-cü ildən təsis olunub: "Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İnsan yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud vəziyyət çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığını məhv etməkdir. Təkcə 20-ci əsrdə baş vermiş iki dünya müharibəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Abidələrin dağıdılması Azərbaycanımızdan da yan keçməyib. Son 30 il Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında qalmış ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur regionlarında 2645 tarixi və mədəniyyət abidələri zərər görmüşdü. Onlardan 1814-ü memarlıq abidəsi, 749-u arxeoloji abidə, 64-ü monumental heykəltaraşlıq nümunələri, heykəllər, qəbirüstü abidələr və sairdir. Bütün bunların müqabilində biz çox şükürlər olsun ki, 2020-ci ildən sonra Azərbaycan öz sərhədləri daxilində abidələrin mühafizəsini təşkil etmək imkanı əldə etdi. Bu baxımdan bizdə bu abidələrin ümumilikdə qorunması və onların mühafizə olunması Azərbaycan Mədəniyyət Nazirliyi yanında yaradılan Abidələrin Mühafizəsi və Bərpası İdarəsi Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli qərarı ilə təsbit edilmiş dövlət tərəfindən mühafizə olunan Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin siyahısında, eyni zamanda Qobustan Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Nardaran Tarix və Mədəniyyət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu və sair daxildir. Ümumilikdə götürdükdə Azərbaycan ərazisində rəsmi şəkildə 3500 və qeyri-rəsmi şəkildə 10 minə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur. Bunun da böyük əksəriyyəti ucqarlarda yerləşir, yaxud da, bir zaman mühasirə, işğal altında qalan ərazilərdə həmin abidələrin qeydə alınması və onun sənədləşdirilməsi mümkün olmamışdır. Azərbaycan rəhbərliyinin abidələrin qorunması və mühafizəsinə böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi, bərpası mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyada öz maddi və mənəvi mədəniyyətinə inteqrasiyasının təmin edilməsi deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri