Icma.az
close
up
RU
ABİDin rəhbəri: İlk növbədə, Azərbaycan universitetlərinin tədris prosesinə dəstək göstərəcəyik AZƏRTAC

ABİDin rəhbəri: İlk növbədə, Azərbaycan universitetlərinin tədris prosesinə dəstək göstərəcəyik AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 25 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) İstanbulda keçirilən ilk ümumi iclası başa çatıb. İclasda dərnəyin idarə və müşahidə heyəti təsdiqlənib. ABİD-in İdarə Heyətinin sədri vəzifəsinə yenidən Türkiyənin Bilkent Universitetinin professoru, Əməkdar elm xadimi Əmrula Məmmədov seçilib.

İclasın yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verən Əmrula Məmmədov ABİD-in əsas fəaliyyət istiqamətlərindən danışıb. Professor deyib ki, əsas istiqamətlərdən birincisi Türkiyədəki alimlərimizin başda Qarabağ Universiteti olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin tədris prosesinə dəstək göstərməsi olacaq: “Digər məqam isə istedadlı gənclərimizin Azərbaycandan Türkiyəyə gətirilməsi, onların burada ölkəmizə lazımi ixtisaslar üzrə təhsillərini davam etdirmələrinə dəstək göstərilməsidir. Burada əsas məqam gənclərimizin doktorantura proqramları üzrə təhsillərini başa vurmalarına dəstək olmaq, onların uğurla Vətənə qayıtmalarını təmin etməkdir. Təbii ki, bu gənclər üçün müəyyən təqaüd proqramları da nəzərdə tutulur. Daha bir məqsədimiz isə Türkiyədə yaşayan azərbaycanlı alimləri bir çətir altında birləşdirərək yaranan problemlərin birgə həllinə nail olmaqdır. Burada xüsusilə müəyyən yaşdan sonra pensiya və bunun kimi problemlər nəzərdə tutulur”.

Ən böyük məqsədlərdən birinin də dünyada daha çox reytinq qazanan tədris sistemlərinin araşdırılması olduğunu vurğulayan Əmrula Məmmədov əlavə edib: “Bu gün dünya reytinq siyahısına baxdıqda ilk sıralarda daha çox ingilisdilli ali təhsil müəssisələrini görmək olar. Bu baxımdan bu universitetlərin təhsil sistemini araşdırıb, onların müsbət və mənfi tərəflərini müəyyən etmək istəyirik. Təbii ki, lazım olduğu təqdirdə bu təcrübədən də faydalanmaq olar. Bütün bunlarla yanaşı, biz Azərbaycanda müzakirə olunan yeni “Ali təhsil” Qanununun qəbulu istiqamətində aparılan fəaliyyətdə də yer almaq istəyirik. Çünkü biz uzun illər fərqli sistemlərdə fəaliyyət göstərən və bu sistemin müsbət və mənfi tərəflərinə bələd olan insanlarıq. Ölkəmizdə qəbul olunacaq bu qanunun mükəmməlliyi bizim üçün də olduqca mühüm məsələdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri