Icma.az
close
up
RU
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Newscenter.az xəbər verir ki, Komitənin sədri Əli Hüseynli komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb.
Komitə sədri bildirib ki, iclasın gündəliyinə ümumilikdə 5 məsələ daxil edilib. Bunlara ötən payız sessiyası dövründə görülmüş işlər barədə hesabat, qarşıdakı yaz sessiyası üçün iş planı, həmçinin 3 qanun layihəsinin müzakirəsi daxildir.
Əli Hüseynli 2025-ci ilin payız sessiyası ərzində rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabatı təqdim edərək qeyd edib ki, həmin dövrdə komitə tərəfindən bir sıra mühüm qanunvericilik aktları müzakirə olunaraq Milli Məclisdə qəbul edilib. Bununla yanaşı, komitə üzvləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, Azərbaycan dövlətçiliyinin inkişafı, suverenliyimizin daha da möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi həyatda aktiv mövqe nümayiş etdiriblər.
Komitə sədri 2026-cı ilin yaz sessiyası üçün hazırlanmış iş planı haqqında məlumat verərkən bildirib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək yeni qanun layihələrinə, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabat qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.
Əli Hüseynli “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, dəyişikliklər yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, layihədə “avtomagistral” anlayışı yeni, daha dəqiq və təkmil redaksiyada verilir və ödənişli avtomagistrallarda sürət həddinin tənzimlənməsi təklif olunur. Komitə sədri ödənişli avtomagistrallarda yüksək sürət həddinin saatda 130 kilometr müəyyən edilməsini insanların həyat və sağlamlığının qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması baxımından balanslaşdırılmış və əsaslandırılmış hədd kimi xarakterizə edib.
Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, komitə layihənin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə rəy verəcək. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarına görə inzibati məsuliyyətin müəyyən olunmasını nəzərdə tutur.
Gündəliyin sonuncu məsələsi olan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə edilərkən bildirilib ki, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir
Müzakirələrin yekununda gündəlikdə olan qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə sədrinin müavini Elşən Musayev, komitə üzvləri Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Azay Quliyev, Mübariz Qurbanlı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri