Icma.az
close
up
RU
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar

Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin sonuncu imtahan mərhələsi də başa çatıb. 

Bundan sonrakı mərhələdə isə ixtisas seçimi və kodlaşdırma prosesi həyata keçiriləcək.

Lakin qəbul imtahanlarının nəticələri açıqlanandan sonra bəzi abituriyentlərin topladıqları balı valideynlərinə olduğundan fərqli təqdim etməsi halları da müşahidə olunur. 

Belə ki, bəzi gənclər müxtəlif texnoloji vasitələrdən istifadə edərək imtahan nəticələrini dəyişdirir, onu Dövlət İmtahan Mərkəzinin rəsmi sənədinə bənzər formada hazırlayır və valideynlərinə daha yüksək bal topladıqlarını bildirirlər.

Bu cür hallarda isə həqiqət adətən ixtisas seçimi mərhələsində üzə çıxır.

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu cür halların əsas səbəblərindən biri valideynlərin övladları üzərində yaratdığı yüksək gözləntilərdir:

"Azərbaycanda qəbul sistemi elə qurulub ki, artıq abituriyentlər valideynləri qarşısında müəyyən bir öhdəlik götürmüş kimi təhsilə başlayırlar. Bilirsiniz ki, hələ ibtidai siniflərdən valideynlər övladlarının digərlərindən geri qalmaması üçün onları repetitor yanına göndərirlər. Bu isə çox böyük xərc tələb edir. Xüsusilə yuxarı siniflərdə, bəzi hallarda 8-ci sinifdən, ən gec isə 9, 10 və 11-ci siniflərdə ciddi hazırlıq mərhələsi başlayır. Ali məktəbə qəbul olmaq sanki mütləq yerinə yetirilməli bir şərt kimi qarşıya qoyulur. Buna görə də valideynlər müəllimlərə çəkdikləri xərcləri dəfələrlə övladlarının yadına salırlar. Nəticədə bəzi həssas uşaqlar valideynlərinin onlara sərf etdiyi vəsaitə görə yaxşı nəticə göstərə bilməyəndə ağır psixoloji vəziyyətlə üzləşirlər”.

Ekspert hesab edir ki, bu cür davranışların qarşısını almaq üçün ilk növbədə valideynlərin yanaşması dəyişməlidir:

"Təəssüf ki, bir vaxtlar bu səbəbdən intihar halları da baş vermişdi. Sonrakı illərdə xoşbəxtlikdən belə hadisələr haqqında eşitmirik. Görünür, burada medianın, televiziyaların və sosial şəbəkələrin rolu olub. Valideynlərə çağırışlar edildi ki, övladlarını sıxışdırmasınlar. Amma təəssüf ki, hazırda da bəzi həssas abituriyentlər imtahandan sonrakı dövrdə valideynlərini aldatmağa məcbur qalırlar. Bu isə Dövlət İmtahan Mərkəzinin loqosundan istifadə edilməsinə, süni şəkildə bal artırılmış nəticələrin hazırlanaraq təqdim olunmasına gətirib çıxarır. Nəticədə ixtisas seçimi zamanı məlum olur ki, təqdim olunan nəticə həqiqəti əks etdirməyib. Düşünürəm ki, burada süni intellektin yaratdığı imkanların da təsiri var. Artıq süni intellekt vasitəsilə Dövlət İmtahan Mərkəzinin loqosunu, eləcə də buraxılış və qəbul imtahanlarının nəticə formalarını demək olar ki, eyni şəkildə hazırlamaq mümkündür. Buna görə də bu cür halların sayı artır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 İyul 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri