Icma.az
close
up
RU
Abituriyentlərin ixtisas seçimində etdikləri səhv nələrdir? Ekspert açıqladı

Abituriyentlərin ixtisas seçimində etdikləri səhv nələrdir? Ekspert açıqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bu həftə və qarşıdakı bir neçə gün abituriyentlər üçün olduqca stresli, həyəcanlı və bir o qədər maraqlı həftə olacaq. Xatırladaq ki, avqust ayının 11-dən abituriyentlərin ixtisas seçimi mərhələsi başlayıb və bu mərhələ avqustun 19-na kimi davam edəcək. Bu onların gələcəyinə təsir edəcək mühüm mərhələdir. Ona görə də diqqətli olmaq lazımdır. Amma bəzən fərqli situasiyalar yaranır, abituriyentlər ixtisas seçimində səhvlərə yol verirlər. İxtisas seçimində abituriyentlərin etdikləri ən böyük səhvlər nələrdir? Onlar bu mərhələdə nələrə diqqət etməlidir?
Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, bu mərhələdə ixtisas seçimini abituriyentlərin özlərinin etməsi daha yaxşı olar: “Amma bu baxımdan məktəblərdə şagirdlərə istiqamət və konsultasiya verilmədiyi üçün onlar kimlərəsə müraciət etməyə məcbur qalırlar. Karyera mütəxəssisləri, ixtisas yazanlar, repetitorlar və s. Biz şagirdləri necə repetitorlardan asılı etmişiksə, eyni zamanda ixtisas yazanlara da məhkum edirik. Əgər şagirdlər bacarırsa, ixtisas seçimini özləri etməlidirlər. Əgər ixtisas seçimində çətinlik çəkirlərsə, bu sahədə uzun müddətdir fəaliyyət göstərən, təcrübəsi olan repetitor və ya ixtisas seçimi mütəxəssislərinə müraciət etsinlər”.

Eyni balla fərqli universitetlərə müraciət etmək olar
Ekspertin fikrincə, abituriyentlərin etdikləri səhvlərdən biri onların ötən ilin ballarına əlavələr etməklə və ya çıxmaqla siyahı tərtib etmələridir: “Bu, bəsit bir yanaşmadır, amma tamamilə yanlış deyil. Abituriyentlər bu formada yanaşa bilərlər, lakin bu, hər zaman keçərli olmur, bu yanaşma onları yanılda bilər. Məsələn, bəziləri keçən ilin qəbul ballarına baxıb, üstünə 100 bal əlavə etməklə və ya 100 bal aşağı salmaqla siyahı tərtib edirlər. Bu yanaşma özü-özlüyündə səhvdir. Əslində, abituriyentlər istədikləri ixtisasa fərqli universitetlərdə də müraciət edə bilərlər. İstəmədikləri halda, yalnız balları çatdığı üçün hər hansı ixtisasa müraciət etmələri düzgün deyil”.
Abituriyentlər ətraf-mühit təsirində qalır
Eskpert vurğuladı ki, abituriyentlərin valideyn təsirində qalmaları da ən böyük yanlışlardan biridir: “Onlar ətraf mühitin təsirinə çox düşürlər. Sadəcə topladıqları bala görə universitet seçmələri yanlışdır. Bacarıqları və həvəsi olduğu sahəyə yönəlməlidirlər”.
Özəl universitetlər yaxşı deyil” yanaşması səhvdir
Q.Məhərrəmov sonda qeyd etdi ki, bəzi abituriyentlər özəl universitetlərin yaxşı olmadığını düşünür, bu isə səhv yanaşmadır: “Eyni zamanda, onlar mütləq yerli universitetlərdə oxumalı olduqlarını zənn edirlər. Amma xarici universitetlər də nəzərə alınmalıdır. Əgər istədikləri ixtisası ölkədə oxumağa balları çatmırsa, xaricdə təhsil ala bilərlər. Əsas odur ki, universitet seçimini həyatlarının ən vacib və yalnız bir dəfə verilən qərarı kimi görməsinlər. Həyatda B və C planları da var”. İstədikləri ixtisasa başqa universitetlərdə də yiyələnə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri