Icma.az
close
up
RU
Ekspert: “Abituriyentlərin nəticələri hər il aşağı düşür”

Ekspert: “Abituriyentlərin nəticələri hər il aşağı düşür”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisaslarla bağlı məlumat yayıb.

DİM-in məlumatına görə, I ixtisas qrupu üzrə meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına ödənişli əsaslarla qəbul üçün bu bal tələbi tətbiq olunur. 2026-cı ildən isə kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi də bu siyahıya əlavə ediləcək.

II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili, 2026-cı ildən isə mühasibat, maliyyə, iqtisadiyyat, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis ixtisasları üzrə də eyni qayda tətbiq ediləcək.

III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq,

IV ixtisas qrupu üzrə iki ayrı kateqoriya göstərilib:

1. Ekologiya - Ödənişli yerlər üçün: ümumi bal 150-dən, ikinci mərhələ balı 50-dən az olmamalıdır. Dövlət sifarişi yerləri üçün: ümumi bal 200-dən, ikinci mərhələ balı 100-dən az olmamalıdır.

2.Bağçılıq və tərəvəzçilik, Baytarlıq təbabəti, Bitki mühafizəsi, Su bioehtiyatları və akvakultura

Həm dövlət sifarişi, həm də ödənişli yerlərin müsabiqəsində iştirak üçün ümumi bal 150-dən, ikinci mərhələ balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Bu qərarın əsas məqsədi universitetlərdə boş qalan yerləri doldurmaq, yoxsa daha savadlı cəmiyyətin formalaşmasına xidmət edir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Elçin Əfəndi bildirib ki, I və II ixtisas qruplarında aşağı bal toplayan abituriyentləri daha çox müşahidə edirik: “Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I–V ixtisas qruplarında 150 balla ödənişli əsaslarla qəbul aparılan ixtisasların siyahısına yeni ixtisaslar əlavə olunub. Burada başlıca məqsəd ayrılmış plan yerlərinə uyğun ölkə vətəndaşlarının qəbulunun həyata keçirilməsidir. Çox təəssüflər olsun ki, biz hər il abituriyentlərin nəticələrinin müəyyən qədər aşağı düşməsinin fərqindəyik. Bu nəticələrin aşağı düşməsi də ümumi vəziyyəti bir o qədər də ürəkaçan etmir. Əsasən də I və II ixtisas qruplarında aşağı bal toplayan abituriyentləri daha çox müşahidə edirik. Ona görə də artıq belə qərara alınıb ki, abituriyentlər müvafiq müsabiqə şərtini ödəsələr də, onlar 150 ballıq müsabiqədə iştirak etsinlər. Yəni 100 balı keçmirlər, amma 50 balı aşırlar. Belə olan halda, həmin abituriyentlər 150 ballıq ixtisaslar üzrə keçirilən müsabiqəyə qatılırlar. Bu da I- ci qrupda fərqli-fərqli ixtisaslardı, ll qrupda da həmçinin”.

Elçin Əfəndi vurğulayıb ki, istisna hallarda akademik göstəriciləri yüksək olan tələbələrə rast gəlinir: “Dövlət sifarişli müsabiqədə iştirak edə bilmirlər. Yəni onların pulsuz təhsil alma imkanları məhdudlaşır, amma ödənişli əsaslarla təhsil ala bilərlər. Qeyd edim ki, belə qərarın qəbul edilməsinin müsbət tərəfləri də var. Birincisi, bu, ölkə iqtisadiyyatına təsir göstərir. Azərbaycan vətəndaşları ölkə daxilindəki ali təhsil müəssisələrində təhsil alırlar. Bu, müsbət məqam kimi dəyərləndirilə bilər.

Mənfi tərəf isə ondan ibarətdir ki, aşağı balla ixtisaslı kadr yetişdirməklə bağlı çətinlik çəkirik. Təhsilalanların nəticələrinə baxdıqda görürük ki, istisna hallarda akademik göstəriciləri yüksək olan tələbələrə rast gəlinir. Qalan əksəriyyətində isə onların akademik göstəriciləri aşağı olur. Bu da 150 ballıq ixtisaslara qəbul olunan tələbələrin təhsil nəticələrində özünü göstərir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Avqust 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri