Icma.az
close
up
RU
Abituriyentlikdən bu günə kimi gələn dostluq Putin, Xmarin və İlham Rəhimov

Abituriyentlikdən bu günə kimi gələn dostluq Putin, Xmarin və İlham Rəhimov

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Mən Putinlə oxuyan vaxtı deyil, imtahan verəndə abituriyent olduğum zaman həmin universitetin koridorlarında tanış olmuşam".

News24.az xəbər verir ki, bu sözləri RTV-də yayımlanan "Qaranlıqda həqiqət" layihəsinin xüsusi buraxılışında hüquq elmləri doktoru, akademik İlham Rəhimov tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova müsahibəsində deyib.

"İmtahan verəndə hamı gəlir, hər kəs bir-birini tanıyır. Bu gün bir imtahan olur, sabahısı gün gələndə görürsən, camaat bir az azalıb, ancaq tanıdığın bəziləri var. Üçüncü imtahana gəlirsən ki, gələnlərin sayı daha da azalıb, lakin görürsən, eyni adamlar da var və salamlaşırsan və sair. Onunla (Putin) və Xmarinlə həmin o abituriyent olub imtahan verən dövrdə tanış olmuşduq. Halbuki, heç bilmirdik kim qəbul olacaq, kim olmayacaq? Ancaq biz artıq bir-birimizi tanımışdıq, adlarımızı bilirdik", - deyə İlham Rəhimov bildirib.

Professor orada yaşanmış maraqlı bir anı da paylaşıb:

"İmtahan cavabları bəlli oldu, qəbul olunanların siyahısı asıldı. Biz üçümüz də qıraqda dayanmışdıq, heç birimiz ürək etmirdik gedib baxmağa. Bir-birimizə deyirik ki, "get bax də", "niyə, sən get bax də". Axırda mən Xmarinə dedim ki, sənin boyun hündürdür, orada da camaat durub, biz heç görə bilməyəcik, sən yaxşısan, get, bax. Bu getdi, siyahıya baxdı, "əla" işarəsini göstərdi. İndi bilmirik bu, kimin üçün deyir, özü keçib, biz keçmişik, ya necə? Məlum oldu ki, özünü deyir, Xmarin keçib. Mən də özümü göstərdim, o, yenə "əla" işarəsini göstərdi. Sonra Putini göstərdim ki, bəs o keçibmi? Bəlli oldu ki, üçümüz də qəbul olmuşuq. 

Bizim tanışlığımız bax belə olub. Elə şeylər var ki, bizim üçümüzün də marağındadır. Birincisi odur ki, üçümüz də idmançı idik. Mən yaxşı güləşçi idim, onlar ikisi isə cüdo ilə məşğul olurdular. Hətta o vaxtı Putin Leninqrad şəhərinin çempionu olmuşdu. 

Həmçinin biz siqaret çəkmirdik, içki içmirdik. Bu üç məqama görə biz o vaxtdan indiyə kimi dostluq edirik".

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri