ABŞ 2038 ci il dünya çempionatına ev sahibliyi etmək üçün namizəd ola bilər
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ 2038-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani BBC-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələcəkdə dünya çempionatında 64 komandanın iştirakı mümkün olarsa, ABŞ belə bir turniri qəbul etmək imkanına malikdir.
"Düşünürəm ki, ABŞ bunun öhdəsindən gələ bilər. Lakin əvvəlcə iyulun 19-da başa çatacaq hazırkı dünya çempionatını uğurla yekunlaşdırdığımıza əmin olmalıyam. Bundan sonra 2038-ci il və ya digər planlarla bağlı danışmaq olar", - deyə Culiani vurğulayıb.
Qeyd edək ki, hazırda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Turnirdə tarixdə ilk dəfə 48 milli komanda iştirak edir və yarış iyulun 19-da başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 İyun 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















