Icma.az
close
up
RU
ABŞ 881 milyon dollarlıq müqavilələri ləğv etdi

ABŞ 881 milyon dollarlıq müqavilələri ləğv etdi

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsi (DOGE) ötən gün ölkənin Təhsil Nazirliyinin 881 milyon dollar məbləğində müqavilələri ləğv etdiyini bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə DOGE-nin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Bu gün Təhsil Nazirliyi 881 milyon dollar məbləğində 89 müqaviləni ləğv edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ hakimiyyəti podratçılardan birinə "poçt mərkəzində poçt və dəftərxana əməliyyatlarına nəzarət" üçün 1,5 milyon dollar ödəyib. Bundan əlavə, Maskın qurumu Təhsil Nazirliyinin müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equality and Inclusion, DEI) siyasəti çərçivəsində həyata keçirilən 101 milyon dollar məbləğində 29 qrantın dayandırıldığını açıqlayıb.

“Politico” qəzetinin mənbələri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası həmçinin Təhsil Nazirliyinin nəzdindəki Pedaqoji Elmlər İnstitutunun təxminən 170 müqaviləsinin icrasını dayandırır.

Xatırladaq ki, fevralın 5-də “The New York Times” qəzeti DOGE-nin ABŞ Təhsil Nazirliyində yoxlamalara başladığını bildirib. Nəşrin məlumatına görə, Tramp administrasiyasında nazirliyin tam ləğvi ilə bağlı fərmanın imzalanması mümkünlüyü müzakirə olunur. Təhsil Nazirliyinin gələcəyi ilə bağlı müzakirələr fonunda qurumun onlarla əməkdaşı inzibati məzuniyyətə göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri