Icma.az
close
up
RU
Maskın ofisi ABŞ Təhsil Nazirliyi ilə 881 milyon dollarlıq müqavilələrə xitam verib

Maskın ofisi ABŞ Təhsil Nazirliyi ilə 881 milyon dollarlıq müqavilələrə xitam verib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) bazar ertəsi günü ölkənin Təhsil Nazirliyinin 881 milyon dollarlıq müqavilələrə xitam verdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DOGE-nin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilir.

"Bu gün Təhsil Nazirliyi 881 milyon dollar dəyərində 89 müqaviləyə xitam verib", - deyə qeyd edilib.

Qeyd olunur ki, podratçılardan birinə ABŞ hakimiyyət orqanları tərəfindən “poçt mərkəzində poçt və kargüzarlıq əməliyyatlarının monitorinqi” üçün 1,5 milyon dollar ödənilib. Bundan əlavə, Maskın departamenti bildirib ki, Təhsil Nazirliyi Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) siyasəti çərçivəsində həyata keçirilən 101 milyon dollar dəyərində 29 qrantı dayandırıb.

“Politico” qəzetinin mənbələrinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası da Təhsil Nazirliyi yanında Pedaqoji Elmlər İnstitutunun 170-ə yaxın müqaviləsini dayandırır.

Fevralın 5-də “The New York Times” qəzeti DOGE-nin ABŞ Təhsil Departamenti tərəfindən yoxlamalara başladığını yazıb.

“The Wall Street Journal” yazır ki, Tramp administrasiyası bu nazirliyin tamamilə ləğv edilməsinə səbəb ola biləcək fərmanın verilməsi imkanını müzakirə edir. Təhsil Nazirliyinin gələcək taleyi ilə bağlı müzakirələr zamanı onlarla şöbə əməkdaşı inzibati məzuniyyətə göndərilib.

Yanvarın 20-də Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ büdcəsindən xərclərin geniş miqyaslı auditinə başladı. Ümumilikdə Maskın ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaldacağı gözlənilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri