Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya:Münasibətlərdə yeni mərhələ

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya:Münasibətlərdə yeni mərhələ

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şotlandiyanın Aberdin şəhəri yaxınlığındakı Balmedie qəsəbəsində yerləşən “Trump International Golf Links” kompleksində ABŞ prezidenti Donald Tramp ilə Avropa Komissiyasının rəhbəri Ursula ?on der Lyayen arasında baş tutan görüş transatlantik münasibətlər sistemində yeni və çoxşaxəli dinamikanın başlanğıcı kimi qiymətləndirilir. Qeyri-rəsmi formatda keçən bu görüş əhatə etdiyi məsələlərin miqyasına və regional, qlobal təsirlərinə görə analitik dairələrdə və beynəlxalq media orqanlarında ciddi diqqətə səbəb olub.

Görüşün əsas gündəliyi və geosiyasi kontekst

Donald Tramp ilə Avropa Komissiyasının rəhbəri arasında müzakirə olunan əsas mövzulara enerji təhlükəsizliyi, müdafiə məsuliyyətinin paylaşılması, iqtisadi tənzimləmə siyasətləri və Ukrayna ətrafında koordinasiya daxildir. Müzakirələr ABŞ ilə Aİ arasında texnoloji əməkdaşlıq və Çinlə rəqabət məsələlərini də əhatə edib. Bu görüş Trampın xarici siyasətində daha seçici və milli maraqlar yönümlü yanaşmanın davam edəcəyinin real göstəricilərindən biridir. Tramp NATO yükünün əsasən ABŞ-ın üzərində qaldığını vurğulayaraq, Avropa ölkələrini hərbi xərcləri artırmağa çağırıb, xüsusilə Almaniya və Fransa kimi əsas Aİ üzvlərinin NATO qarşısında öhdəliklərini yerinə yetirməkdə passiv davrandığını qeyd edib. Ursula fon der Lyayen isə Avropanın öz müdafiə sənayesini gücləndirdiyini və Aİ-nin 2025-ci ilin sonuna qədər təhlükəsizlik və müdafiə fonduna 18 milyard avro ayırdığını bəyan edib. Tramp ABŞ-Aİ arasında ticarət balansındakı disbalansa toxunaraq, xüsusilə Almaniyanın avtomobil sənayesini və Aİ-nin texnologiya sahəsində dövlət subsidiyalarını sərt tənqid edib. Ursula ?on der Lyayen bu tənqidlərə cavab olaraq Avropanın Yaşıl Razılaşma və Rəqəmsal Avropa təşəbbüslərinin ABŞ-la rəqabətə deyil, əməkdaşlığa əsaslandığını qeyd edib. Hər iki tərəf 2025-ci ilin payızına qədər qarşılıqlı subsidiyalar və tarif siyasəti üzrə yeni mexanizm üzərində işə başlayacağını açıqlayıb.

Ukrayna məsələsi

Ukrayna ilə bağlı Tramp ABŞ-ın gələcək hərbi yardımlarında selektiv yanaşma tətbiq olunacağını açıq şəkildə ifadə edib. O bildirib ki, Avropa ölkələri daha çox məsuliyyət götürməlidirlər. Ursula fon der Lyayen isə Aİ-nin 2026-cı ilə qədər Ukraynaya 50 milyard avro dəyərində iqtisadi və hərbi dəstək paketini planlaşdırdığını açıqlayıb. Hər iki tərəf Ukraynanın gələcək rekonstruksiyası və enerji infrastrukturunun bərpası sahəsində koordinasiyanın artırılması barədə razılaşıb.
Çinlə rəqabət və texnologiya sektorundakı çağırışlar da diqqət mərkəzində olub. Tramp Çin məhsullarına tətbiq ediləcək yeni vergi mexanizmləri və texnologiya şirkətlərinə qarşı nəzarət tədbirlərini elan edəcəyini bildirib. Ursula ?on der Lyayen isə Aİ-nin strateji avtonomluq prinsipi çərçivəsində Çinlə əlaqələri diversifikasiya etmək planlarını açıqlayıb. ABŞ və Aİ süni intellekt, yarımkeçirici texnologiyalar və 5G sahəsində birgə araşdırma və istehsal təşəbbüsləri haqqında ilkin razılıq əldə ediblər.

Beynəlxalq medianın reaksiyası və ekspert rəyləri

CNN görüşü “şəxsi formatda olsa da, böyük siyasi çəkiyə malik strateji dialoq” adlandırıb. FOX “News” Trampın “qlobal zəifliklər qarşısında qərarlılığını” vurğulayıb. “Reuters” isə transatlantik münasibətlərin “təmir mərhələsində olduğunu” yazıb. The Guardian Trampın ritorikasını tənqid etsə də, Ursula Fon der Lyayenin diplomatik çevikliyini yüksək qiymətləndirib. “Le Monde” görüşü “ABŞ və Aİ arasında iqtisadi paralelləşmənin testi” kimi təqdim edib. Der Spiegel Avropanın müdafiə məsuliyyətinin artması zərurətinə diqqət çəkib. “Washington Post” Trampın daha sərt, amma praqmatik yanaşmasını qeyd edərək, “qaydalara söykənən liberal nizamın təzyiq altında olduğunu” vurğulayıb. “Wall Street Journal” isə görüşü iqtisadi təhlükəsizlik kontekstində ABŞ kapital bazarlarına təsir edə biləcək əsas hadisə kimi qiymətləndirib.

Turnberrydə səssiz dialoq: Tramp və Starmerin Şotlandiya görüşü transatlantik münasibətləri haraya aparır

Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında 1 saat 12 dəqiqə davam edən danışıqlar əhəmiyyətinə görə Trampın Lyayenlə görüşündən geri qalmadı. Beynəlxalq siyasi müşahidəçilər bu görüşü “simvolik yaxınlaşma”, “taktiki balans oyunu” və “geosiyasi ehtiyac” kimi qiymətləndirdilər. İki ölkə lideri Şotlandiyanın cənub-qərbində, Atlantik sahilində yerləşən Turnberry şəhərində ilk birbaşa görüşünü keçirdi. Görüş bağlı qapılar arxasında keçirilsə də, tərəflərin mətbuata verdiyi qısa açıqlamalar və beynəlxalq medianın reaksiyaları bu görüşün transatlantik münasibətlərdə yeni balans axtarışının başlanğıcı ola biləcəyini göstərir.
“Biz ABŞ və Birləşmiş Krallıq arasında uzunmüddətli dostluğu və birgə maraqları müzakirə etdik. Bu münasibətlər güclü olub, belə də qalacaq”, - deyə prezident Tramp görüş sonrası qısa bəyanatında bildirib.
“Biz ortaq çağırışlara birgə cavab verməliyik - bunlar həm təhlükəsizlik, həm də iqlim böhranı və iqtisadi qeyri-müəyyənliklərdir” - bunu da baş nazir Kir Starmer mətbuata açıqlamasında deyib.

NATO, Ukrayna və Avropa təhlükəsizliyi: Oxşar niyyət, fərqli yanaşmalar

Mətbuatın əldə etdiyi məlumata görə, görüşdə əsasən NATO daxilində yük bölgüsü, Ukrayna müharibəsi və Avropa təhlükəsizliyi müzakirə olunub. Tramp əvvəlki dövrlərdə olduğu kimi, NATO üzvlərini “ədalətli maliyyə yükü daşımağa” çağırıb. Müzakirələr bitər-bitməz dünya mediası görüşü geniş təhlil etməyə başladı. The Times: “Tramp Starmerdən Britaniyanın hərbi xərclərini 2.5 ????ə qaldırmağı açıq şəkildə istədi.” Politico Europe: “Starmer Ukraynaya dəstəyi davam etdirəcəyini, lakin ABŞ-ın bu işdən çəkiləcəyi halda Avropanın tək qalacağını açıq-aşkar bəyan edib”. Qeyri-rəsmi diplomatik mənbələr bildirir ki, Starmer görüş zamanı Trampın “Ukraynaya daha az dəstək” ritorikasından narahatlığını bildirib, lakin şəxsi səviyyədə gərginlik hiss olunmayıb. Kir Starmer hökuməti Brexit sonrası ABŞ ilə azad ticarət sazişi imzalamağa çalışır. Lakin Tramp administrasiyası bu məsələdə ehtiyatlı davranır. “Wall Street Journal” yazır: “Tramp Britaniyanın kənd təsərrüfatı və texnologiya sahəsində ABŞ bazarına girişinə hələ tam razılıq verməyib. Bu məsələdə müzakirələr davam edəcək”. Financial Times qeyd edir: “Starmer “yaşıl texnologiyalar və enerji” sahəsində əməkdaşlıq təklif edib. Tramp isə Çinlə iqtisadi rəqabətdə Britaniyanın konkret mövqeyini sorğulayıb”.

Turnberry seçimi: Diplomatik təvazökarlıq, yoxsa şəxsi nüfuz nümayişi

Trampın 2014-cü ildən sahibləndiyi məşhur qolf kurortu Turnberry - görüş üçün qeyri-adi bir məkan seçimi oldu. Bu, bir tərəfdən “dostluq atmosferi” yaratmaq kimi qiymətləndirilirsə, digər tərəfdən prezidentin şəxsi biznesini siyasi səhnəyə gətirməsi kimi tənqid edilir. “The Guardian”: “Starmer Trampın şəxsi ərazisində görüşə razılaşmaqla simvolik üstünlüyü ona verdi”. NBC “News”: “Bu, Trampın siyasi teatrıdır və o, səhnəni yenə öz mülkündə qurdu”. CNN: “Bu görüş transatlantik münasibətlərin yenidən kalibrasiyasıdır, amma kövrəkdir”. “Le Monde”: “Britaniya-ABŞ münasibətlərində ciddiliklə yanaşı qarşılıqlı şübhələr də qalmaqdadır”. “Der Spiegel”: “Starmerin Amerikanın daxili siyasi səhnəsinə sürüklənməmək üçün diplomatik balans yaratmağa çalışdığı hiss olunur”. “The Washington Post” isə yazdı ki: “Bu, taktiki yaxınlaşmadır. Amma əsas sınaq qarşıdakı sammitlərdə olacaq”.

Görüşdən sonra analitiklərin əksəriyyəti ABŞ-Britaniya münasibətlərində praqmatik, lakin dərinləşməmiş əməkdaşlıq xəttinin davam edəcəyini düşünür. “Carnegie Europe” analitiki Rosa Balfour qeyd edir ki: “Starmer Brüssellə həmahəng, Tramp isə Brüsseldən uzaq siyasət yürüdür. Onların ortaq nöqtəsi yalnız geosiyasi zərurətdir”. Britaniyanın keçmiş müdafiə naziri Tom Tugendhat “Sky News”a verdiyi müsahibəsində “Britaniya-ABŞ münasibətləri şəxslərdən daha dərin və sistemlidir, amma şəxslərin münasibəti də onları ya sürətləndirir, ya da ləngidir”, - deməklə bu görüşü şərh etdi. 

Prezident Trampın dünən son görüşlərini qəti siyasi razılaşmalardan çox qarşılıqlı barometr oxunuşu kimi qiymətləndirmək olar. Hər üç lider üçün bu görüşlər əsasən yol xəritəsinin çəkilməsi, dil tapmaq üçün zəminin yaradılması məqsədi güdürdü. Tərəflərin strateji baxışlarında fərqlər olsa da, əməkdaşlıq üçün məcburi paralellər də ortadadır. Transatlantik münasibətlər qarşıdakı aylarda NATO sammitləri, ticarət danışıqları və Ukrayna ilə bağlı qərarlarla formalaşacaq. Aydın olan budur ki, Trampın Amerikası və Starmerin Britaniyası artıq beş-altı il əvvəlin Qərb birliyi deyil. Son görüş ABŞ və Aİ arasında münasibətlərin yalnız ideoloji deyil, iqtisadi və texnoloji əsaslarda da yenidən formalaşmaqda olduğunu göstərdi. Tramp və Lyayen arasında dialoq, ziddiyyətli mövqelərə baxmayaraq, ortaq maraqların qorunması və əməkdaşlıq məkanlarının genişlənməsi üçün real zəminin olduğunu sübuta yetirdi. 2025-ci ilin sonuna qədər ABŞ-Aİ münasibətlərində daha rasionallaşmış, tənzimlənmiş və strateji yönümlü bir mərhələyə qədəm qoyulacaq.


Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri