ABŞ Avropadakı bəzi konsulluqlarını bağlamağı planlaşdırır
Icma.az bildirir, Operativ MM portalına istinadən.
ABŞ Dövlət Departamentinin yaxın aylarda əsasən Qərbi Avropadakı bəzi konsulluqlarını bağlamağı və qlobal miqyasda işçilərin sayını azaltmağı planlaşdırdığı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Vaşinqtondakı bəzi ixtisaslaşdırılmış bölmələrin birləşdirilməsi də nəzərdən keçirilir.
Bu çərçivədə insan haqları, qaçqınlar, qlobal cinayət ədaləti, qadın hüquqları və insan alveri ilə mübarizə kimi sahələrdə fəaliyyət göstərən ofislərin yenidən strukturlaşdırılması gündəmdədir.
Məlum olub ki, administrasiya bütün dünya üzrə diplomatik nümayəndəliklərdən ABŞ və yerli işçilərin sayını ən azı 10 faiz azaltmaq variantlarını nəzərdən keçirməyi xahiş edib.
Tənqidçilər deyirlər ki, bu ixtisarlar ABŞ-nin diplomatik təsirini zəiflədəcək və xüsusilə USAID-in bağlanması qlobal yardımı azaldacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Mart 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















