Bakıda dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜSÜ Skuterçi öldü
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bakıda skuterin iştirakı ilə qəza olub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.
Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















