Icma.az
close
up
RU
“ABŞ Avropaya silahla bağlı sərt mesaj verir” HƏRBİ EKSPERT

“ABŞ Avropaya silahla bağlı sərt mesaj verir” HƏRBİ EKSPERT

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Müharibə başladığı gündən Avropa Rusiyadan aldığı enerji resurslarına görə 310 milyard dollardan artıq vəsait ödəyib. Bunun müqabilində Avropanın Ukraynaya etdiyi ümumi yardım isə cəmi 187 milyard dollardır.

ABŞ da məhz buna görə Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaradır: “Əgər mənim silahımla və maliyyə dəstəklərimlə öz təhlükəsizliyinizi Ukrayna vasitəsilə təmin edirsinizsə, onda bunun pulunu ödəməlisiniz. Əks halda silah vermirəm”. ABŞ-ın silah verməməsi yeni məsələ deyil, sadəcə son günlər bu mövzu daha da aktuallaşıb”.

Bunu Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Bu narazılıq ilk dəfə Bayden dövründə qapalı müzakirələrdə ortaya çıxmışdı. ABŞ bildirirdi ki, biz Rusiyaya sanksiya tətbiq edirik, siz isə ondan enerji asılılığını davam etdirirsiniz. Avropa isə bəhanə kimi göstərirdi ki, hələ enerji alternativləri tam hazır deyil.

Sonralar ABŞ “alternativ mənbələr bizdə var, buyurun alın” çağırışı etdi. Bəzi ölkələr qəbul etsə də, əksəriyyət geri çəkildi. Nəticədə Bayden administrasiyası 2023-cü ildə Ukraynaya yardımı müvəqqəti dayandırmışdı. Yardım yalnız həmin ilin yayında yenidən bərpa olundu.

Ardınca Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-ın mövqeyi daha da sərtləşdi. O, ilk 100 günü ərzində açıq şəkildə bildirdi ki, “bu mənim pulumdur və mən bunu vermirəm. Silahı satıramsa, buna görə təşəkkür etməlisiniz”.

Avropanın illərlə ordularını zəiflətməsinin səbəbi də məlumdur. İkinci Dünya müharibəsindən sonra, üstəlik Varşava Paktı dağıldıqdan sonra Avropada belə fikir hökm sürürdü ki, artıq güclü NATO, Avropa İttifaqı və zəifləyən, hücuma keçmək imkanında olmayan Rusiya var. Çin də indiki gücündə deyildi. Bu səbəblə Avropa ordularında ciddi ixtisarlar edildi, adi silahlara nəzarət mexanizmləri quruldu”. 

Ədalət Verdiyev əlavə edib ki, bu gün isə Avropada təhlükə zəngi çalınır:

“Çünki Rusiya tərəfindən minimal səviyyədə hibrid təhdid, maksimal halda isə birbaşa müdaxilə ehtimalı açıq şəkildə səsləndirilir. Bəzi Avropa ölkələri bildirir ki, Ukraynaya yalnız sülh əldə olunacağı təqdirdə ordu göndərə bilərlər. Lakin bu cür açıqlamalar Rusiyanın vaxt qazanmaq məqsədi daşıyan formal bəyanatlarına uyğundur.

Ekspertlərin fikrincə, Rusiyanın real məqsədi Ukraynanı dövlət kimi çökdürmək, parçalamaq, resurslarını bölüşdürmək, NATO və Avropa İttifaqı daxilində çatları artırmaq, işğal etdiyi əraziləri legitimləşdirmək və bu vəziyyəti beynəlxalq ictimaiyyətə qəbul etdirməkdir”.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri