“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirilən qarşılaşmanın sonlarında yaşadıqları gərginlikdən danışıb.
İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, isveçrəli qolkiper 2:1 hesablı qələbəyə baxmayaraq, Azərbaycan təmsilçisinin ciddi müqaviməti ilə üzləşdiklərini qeyd edib.
Kobelin sözlərinə görə, “Sabah” hesab arasındakı fərqi azaltdıqdan sonra hücumlarını xeyli gücləndirib. Xüsusilə son on dəqiqədə ardıcıl künc zərbələri və cərimə meydançasına ötürmələr Dortmund klubunun müdafiəsini böyük təzyiq altında saxlayıb.
Qapıçı həmin anlarda komanda yoldaşlarının əsas məqsədinin topu təhlükəli zonadan uzaqlaşdırmaq və vaxt qazanmaq olduğunu vurğulayıb. O, “Sabah”ın rəqibini öz cərimə meydançasına sıxışdırdığını və belə gərgin sonluğun komandası üçün ciddi dərs olduğunu söyləyib:
“Son nəticədə oyun olması lazım olduğundan daha çətin keçdi. Daha sakit oyun keçirmək üçün bir qədər əvvəl bir-iki qol vura bilərdik. Çoxlu sayda qol fürsəti yaratdıq. Şübhəsiz ki, bu, son həftələrdə yaratdığımız ən çox qol imkanları idi. Bu baxımdan, hər şey çox müsbət idi. Təəssüf ki, oyunun taleyini daha əvvəl həll edə və bununla da qarşılaşmanın qalan hissəsini bir qədər sakit keçirə bilmədik”.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda keçirilən “Sabah” - “Borussiya Dortmund” görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:312
Bu xəbər 21 Oktyabr 2026 04:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















