Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətlərindəki QARA LƏKƏ 907 ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ Azərbaycan münasibətlərindəki QARA LƏKƏ 907 ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe hər zaman ölkəmizi qlobal güclərin və aparıcı dövlətlərin maraq dairəsinə salıb. Zaman-zaman xarici qüvvələr Şərqlə Qərb və Şimalla Cənub arasında ən sərfəli körpü olan ölkəmizdən faydalanmaq istəyiblər. Bunun üçün fürsət düşdükcə ölkəmizə qarşı təzyiq ediblər.
Təbii ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanların qeyri-peşəkarlığı və diplomatik bacarıqsızlığı üzündən xarici qüvvələr Azərbaycanı zəif saldı və Ermənistanın torpaqlarımızı işğal etməsinə şərait yaratdı. Sonrakı illərdə isə bu faktordan istifadə edilərək ölkəmizə bu və digər şəkildə təzyiqlər edildi.
İmzalar içində təsdiq olunan imzamız
44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. Ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan regional güc kimi meydana çıxdı. 2020-ci ilin payızından sonra Azərbaycan artıq heç bir təzyiqlərə boyun əymədi, istənilən xarici təsiri uğurla dəf etdi.
Bütün dünya dövlətlərinə və xüsusilə də aparıcı ölkələrə göstərdik ki, Azərbaycan ancaq dostluq və əməkdaşlıq çərçivəsində müzakirələrə açıqdır. Təzyiq, təxribat və digər yollarla Azərbaycanı qətiyyətindən döndərmək mümkün deyil.
Təbii ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət ən qısa zamanda öz bəhrəsini verməyə başladı. Hər zaman Azərbaycana yuxarıdan aşağı baxan Rusiya, İran və bir sıra Avropa dövlətləri yeni reallıqlarla barışmaq məcburiyyətində qaldı..
ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm
Regional güc və strateji aktor olan Azərbaycanın artan nüfuzu və qətiyyəti okeanın o tayına da təsir etdi. Proseslərin inkişafını doğru qiymətləndirən Donald Trampın hakimiyyətə gəlməsi ilə iki ölkə arasında əlaqələr yeni məzmun qazandı.
2025-ci ildə müharibədən sülhə keçid fonunda Azərbaycan-ABŞ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Ötən il ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzalandı. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələr, müdafiə və təhlükəsizliyi əhatə edir.
Təbii ki, iki ölkə arasında bərabərsəviyyəli münasibətlərin formalaşmasında Prezident İlham Əliyevin prinsipiallığı ilə yanaşı Prezident Donald Trampın ağıllı siyasəti mühüm rol oynadı. Tramp administrasiyasının praqmatik, milli maraqlara əsaslanan siyasət yürütməsi ölkələrimiz arasında münasibətlərə yeni nəfəs gətirdi. Artıq ABŞ Azərbaycana strateji tərəfdaş və vacib beynəlxalq oyunçu kimi baxır.
Ağ Evdə tarixi görüş
Münasibətlərin arzuolunan səviyyəyə yüksəlməsində təbii ki, 8 avqust 2025-ci ildə Ağ Evdə İlham Əliyev və Donald Tramp arasında görüş tarixi rol oynadı. Vaşinqton görüşü bir sıra tarixi razılaşmaların əldə olunması ilə nəticələndi.
Ən əsası bu görüş regionun iqtisadi və siyasi həyatına yeniliklər gətirdi. Belə ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantınını nəzərdə tutan TRIPP marşrutu üzrə yekun qərar verildi. Hazırda  Amerikanın təşəbbüsü ilə Ermənistanda bu dəhlizin açılması üçün konkret işlər aparılır. 
Eyni zamanda, ATƏT-in bədnam Minsk qrupu ləğv edildi. Bu qrup fəaliyyətdə olduğu 30 il müddətində ancaq Azərbaycanın dövlət maraqlarına zərbə vurub.
Bundan əlavə, 8 avqust Vaşinqton görüşündə sülh sazişi paraflandı. Bunun nəticəsində sonra Cənubi Qafqaza sülh ab-havası gəldi. Artıq Azərbaycan və Ermənistan sülh quruculuğu istiqamətində işlər aparır, iqtisadi əlaqələr qururlar.
Üstəlik, Vaşinqton görüşündən sonra Prezident Tramp 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzaladı.
Azərbaycan üçün məsələnin prinsipiallığı
Məlumdur ki, 907-ci maddəyə edilən düzəliş öz siyasi və iqtisadi əhəmiyyətini itirib. Artıq regionda münaqişə başa çatıb, Ermənistanın blokadasından isə söhbət gedə bilməz.
Amma ortada prinsipal bir fakt var. Axı təcavüzə məruz qalan Azərbaycanın adı nəyə görə hansısa qanunda təcəvüzkar, işğalıçı kimi keçməlidir?
Bu gün Azərbaycan dövlətinin tələbi də bu qərəzin, ədalətsizliyin aradan qaldırılmasıdır.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində bu məsələni xüsusi qeyd edib:
“Biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.
907-ci maddəyə düzəliş kimlərin istəyi ilə edildi?
Məlumdur ki, 1991-ci ilin dekabrında SSRİ-nin dağıldığı rəsmən elan edildi. Bundan sonra bütün 15 müttəfiq respublika müstəqillik qazandı. O zaman ABŞ müstəqillik qazanan 15 respublikaların 14-nə, o cümlədən Rusiyaya hərbi və maliyyə yardımları etməyə başladı. Təkcə Azərbaycandan başqa. Bunun da tək səbəbi ABŞ-dakı güclü erməni diasporu idi. Məlumdur ki, erməni diasporu ABŞ-ın həm qanunverici, həm icra, həm də məhkəmə sistemində müəyyən adamları bir qayda olaraq satın alırlar. Həmin adamlardan zaman-zaman öz maraqları üçün istifadə edirlər.
1992-ci ildə Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratmaq istəyən erməni diasporu digər aparıcı ölkələrlə yanaşı ABŞ-da da ciddi iş aparırdı. Pul kisəsinin ağzını açan ermənilər o zaman Konqresin bir çox üzvlərini satın aldılar. Maraqlıdır ki, ermənipərəst konqresmenlər arasında ABŞ prezidenti Co Bayden də var idi. O, 1987–1995-ci illər aralığında Senatın Ədliyyə Komissiyasının üzvü idi. 907-ci düzəlişin qəbulunda ən böyük pay sahiblərindən biri də məhz odur.
Nəzərə alaq ki, düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən “Dağlıq Qarabağ”ın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Ancaq daha sonra layihə geri qaytarılmışdı. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbisinin  dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən konqresdə irəli sürüldü. Və düzəliş Konqres tərəfindən qəbul edildi.
Bayden-Blinken tandeminin nankorluğu
2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi. Uzun illər prezidentlərin sərəncamı ilə 907-ci maddəyə düzəliş qanuni qüvvəsini itirmişdi. Amma 2024-cü ildə Bayden vaxtilə qəbuluna canla-başla çalışdığı 907-ci düzəlişi yenidən “diriltdi”.
Xüsusilə qeyd edilməlidir ki, Co Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri tarixdə heç zaman olmadığı qədər pisləşmişdi. Prezident və dövlət katibi Antoni Blinkenin absurd siyasi gedişləri iki ölkə arasında münasibətləri qırılma nöqtəsinə gətirmişdi.
2023-cü ilin noyabrında Amerikanın qanunverici orqanı prezidentdən tələb etdi ki, Azərbaycanla bütün əlaqələr kəsilsin. Hətta iki ölkə arasında planlaşdırılan bütün rəsmi səfərlər ləğv edilsin. Təbii ki, bu ideyaya Bayden də, Blinken də isti baxırdı. Lakin beynəlxalq aləmdəki reallıq Baydenə son addımı atmağa imkan vermədi.
Bir ay sonra Blinken Prezident İlham Əliyevə zəng edərək münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etdi. Bununla belə, Bayden-Blinken tandemi bir il keçməmiş 907-ci düzəlişi yenidən aktivləşdirdi. 
907-ci düzəliş ləğv olunmalıdır
Məlum olduğu kimi, Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb. Artıq ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ona görə də ABŞ-Azərbaycan münasibətləri tarixində qara ləkə olan 907-ci düzəliş Konqres tərəfindən ləğv olunmalıdır.  
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri