Icma.az
close
up
RU
ABŞ Azərbaycanı Itirsə, Qafqazda təsirini Itirə bilər ŞƏRH

ABŞ Azərbaycanı Itirsə, Qafqazda təsirini Itirə bilər ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-Azərbaycan münasibətləri son illərdə fərqli mərhələlərdən keçmiş, zaman-zaman yüksələn dinamika ilə yanaşı, ciddi gərginliklərin də müşahidə olunduğu bir siyasi trayektoriya üzrə inkişaf edir. Xüsusilə Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya dövründə Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma, 907-ci düzəlişin bərpası kimi addımlar, Vaşinqtonun regional proseslərə birtərəfli müdaxiləsini önə çıxarmışdı. Halbuki, bu yanaşma Azərbaycan-ABŞ əməkdaşlığının uzunmüddətli enerji, təhlükəsizlik, nəqliyyat və beynəlxalq sülhməramlı fəaliyyət kimi sahələrdəki uğurlarına zidd idi.


Bunun fonunda Prezident İlham Əliyevin ABŞ-ın indiki Prezidenti Donald Tramp haqqında 3-cü Qlobal Şuşa Forumunda səsləndirdiyi fikirlər xüsusilə diqqətçəkicidir. Cənab Prezident Trampın Azərbaycanın fundamental dəyərlərinə yaxın mövqeyini, müharibələrə son qoyan siyasi xəttini və Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini vurğulayaraq, onun beynəlxalq siyasətdəki balanslı və uzaqgörən rolunu bir daha xatırlatdı. Bu, eyni zamanda Prezident Əliyevin əvvəlki dövrlərdə Tramp barədə bildirdiyi fikirlərin zamanla nə qədər dəqiq və uzaqgörən olduğunu göstərir: "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun".

Qeyd edək ki, növbəti mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin hansı məcraya yönələcəyi, Vaşinqtonun Cənubi Qafqazdakı siyasətinin hansı strateji dəyişikliklərə uğrayacağı aktuallıq kəsb edir.


Mövzunu şərh edən Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-Azərbaycan münasibətləri hazırda həm risk, həm də fürsətlərlə dolu bir mərhələyə qədəm qoyub: 

" Prezident İlham Əliyevin 3-cü Qlobal Şuşa Forumunda Donald Tramp administrasiyasına verdiyi yüksək qiymət Vaşinqtonla münasibətlərin keçmişdəki pozitiv fazasını xatırladır. Tramp dönəmində ABŞ daha çox balanslı, regiondakı reallıqlara uyğun siyasət yürüdürdü və bu, Bakı tərəfindən təqdir olunurdu. Bayden administrasiyası isə, əksinə, 907-ci düzəlişin bərpası və birtərəfli ritorika ilə münasibətlərə zərbə vurdu. Bu, ABŞ-ın vasitəçilik statusuna olan inamı ciddi şəkildə sarsıtdı.

Buna baxmayaraq, yeni geosiyasi reallıqlar fonunda əməkdaşlıq üçün real imkanlar formalaşmaqdadır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik ABŞ üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycanın artan rolu – xüsusilə COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi – Vaşinqtonun diqqətini cəlb edir. Bu, yeni dialoq platformalarının yaranması üçün imkan yaradır".

T. İsmayılov həmçinin qeyd edib ki, Azərbaycanın sülh gündəminə sadiqliyi və post-müharibə dövründə reallaşan reinteqrasiya siyasəti Qərbdə Bakı ilə əməkdaşlığa yenidən maraq oyadıb: 

"Vaşinqtonun birtərəfli yanaşmadan imtina edib praqmatik əməkdaşlığa qayıtması halında münasibətlərdə keyfiyyət dəyişikliyi mümkündür. Azərbaycan üçün əsas hədəf – qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıqdır. ABŞ isə bu əməkdaşlığı real maraqlar üzərində qurmalıdır. Əgər Vaşinqton Cənubi Qafqazda real təsir imkanlarını qorumaq istəyirsə Bakını itirmək lüksünə sahib deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri