ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir
Icma.az, Manset portalına istinadən məlumat yayır.
ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Soniya Vettsteyn Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə Azərbaycan XİN tərəfindən təşkil olunan akademik konfransda iştirak ediblər.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi sosial şəbəkədə rəsmi hesablarında paylaşım edib.
“ABŞ Azərbaycanın PfP-dəki aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir. Biz, Azərbaycanın PfP məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən Birgə Təlim Konfransında iştirakları vasitəsilə dəstəkləyirik”, - paylaşımda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















