Icma.az
close
up
RU
Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

AZƏRTAC xaricdə yaşayan və çalışan azərbaycanlı həmvətənlərimizlə silsilə söhbətləri davam etdirir. Bu gün müsahibimiz Antalya Dövlət Opera və Balet Teatrının solisti, mezzo-soprano Medina Tuqanovadır.

Semiha Berksоy adına Opera Fondunun “Türkiyə operasına töhfə verən sənətçi” (2019-cu il) və Beynəlxalq Şəhərlər Assosiasiyasının “İlin sənətçisi” (2025-ci il) mükafatlarının laureatı olan həmyerlimiz Türkiyədə yaşayır və fəaliyyət göstərir.

Müsahibimiz bu yaxınlarda görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 100 illiyinə həsr olunmuş konsertdə çıxış etmək üçün Bakıya gəlib. O bildirib ki, belə bir imkan yarananda Vətəndə böyük məmnuniyyətlə çıxış edir.

“Uzun illərdir Türkiyədə yaşayıram. 1999-cu ildə Antalyada Dövlət Opera Teatrı açıldı və dinləmədən sonra məni teatrın truppasına qəbul etdilər. Həmin vaxt orada çoxlu soydaşımız çalışırdı: görkəmli xormeyster Bebietta Vəkilova, Azərbaycanın Əməkdar artisti, bariton Məhərrəm Məlikov (təəssüf ki, o, artıq həyatda yoxdur...), 20 il birlikdə çalışdığımız mahir konsertmeyster Marvida Hüseynova. Teatr heyəti ilə birgə Türkiyənin müxtəlif şəhərlərində qastrollarda olmuşuq, Almaniyada, Kiprdə və bir çox başqa yerlərdə çıxış etmişik.

“2012-ci ildə Azərbaycanda opera teatrının səhnəsində çıxış etmək mənə nəsib oldu. Cüzeppe Verdinin “Riqoletto” operasında Maddalena partiyasını ifa etdim. Bu tamaşa mənim üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki səhnəyə atam Elberd Tuqanovla birlikdə çıxmışdım. O, ömrü boyu Bakı Opera Teatrında çalışıb və xorun tərkibində çıxış edib. Yuri Sayutkinlə Kapelhausda da konsertimiz olub. Bu yaxınlarda isə görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 100 illiyinə həsr olunmuş konsertdə Beynəlxalq Muğam Mərkəzində çıxış etdim. Məni dəvət etdiklərinə və səmimi qarşıladıqlarına görə konsertin təşkilatçısı “StolitsA.rt” şirkətinə, xüsusilə də onun direktoru Vəfa Məmmədovaya ayrıca təşəkkürümü bildirirəm. Əlbəttə, Vətəndə tez-tez olmaq və musiqi vasitəsilə sevincimi, ilhamımı dinləyicilərlə bölüşmək istərdim”, – deyə M.Tuqanova vurğulayıb.

O qeyd edib ki, Türkiyədə Azərbaycan musiqisi çox populyardır və ona böyük tələbat var.

“Biz mütəmadi olaraq Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərinin, Tofiq Quliyevin mahnılarının və xalq mahnılarının səsləndiyi konsertlər təşkil edirik. Bu yaxınlarda teatrda Fərhad Bədəlbəylinin möhtəşəm “Ave Mariya” əsərini ifa etdim. Teatrın açıldığı ilk illərdə “Arşın mal alan” operettasını səhnələşdirirdik və tamaşa inanılmaz anşlaqla keçirdi. Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevir və onu hər zaman böyük rəğbətlə qarşılayırlar”, – deyə müsahibimiz bildirib.

Türkiyənin musiqi təhsili sistemini Azərbaycanla müqayisə edən M.Tuqanova vokal müəllimi – uzun müddət Türkiyədə yaşamış və dərs demiş polşalı tenor Roman Verlinski haqqında da danışıb.

“Teatrda fəaliyyətə başladığım ilk illərdən o, vokal biliklərinin mürəkkəb yollarında mənə bələdçilik edib, akademik oxumağın sirlərini öyrədib. İndiyədək yeni partiyalar və rollarla bağlı onunla məsləhətləşirəm. Ali təhsil diplomumu isə Bakıda almışam. Bakı Musiqi Akademiyasını professor Yalçın Adıgözəlovun sinfində xor dirijorluğu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Bu, işimdə mənə çox kömək edib, belə ki, musiqini qavrama imkanlarım genişlənib. Hazırda partituraları asanlıqla oxuyuram, solfecio üzrə biliklərimi də təkmilləşdirmişəm. Bu, vokal ifaçısı üçün çox vacibdir. Fortepiano sinfi üzrə musiqi məktəbini bitirdiyim üçün pianoda çalmağı bacarırdım və buna görə də təhsil almaq mənim üçün kifayət qədər asan idi”, - deyə o bildirib.

“Türkiyədə təhsilə böyük diqqət yetirilir. Bu ölkədə çox yaxşı ali musiqi təhsili müəssisələri var. Bunlara Ankarada yerləşən Hacettepe Dövlət Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyası və Bilkent Özəl Universitetinin nəzdindəki Musiqi və İfa Sənətləri fakültəsi, İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetinin tərkibinə daxil olan İstanbul Dövlət Konservatoriyası, eləcə də İzmirdə Dokuz Eylül Universitetinin Dövlət Konservatoriyası daxildir.

Bildiyimə görə, Türkiyədə hələ qədimdən xarici professorları və musiqiçiləri müəllim kimi dəvət etmək ənənəsi mövcud olub. Onların arasında azərbaycanlılar da az olmayıb. Məsələn, Xuraman Qasımova, Rauf İmanov, skripkaçı Azad Əliyev, xormeyster Elnarə Kərimova, dirijor Ramiz Məlik Aslanov və bir çox başqaları. Onların hamısı Türkiyədə təhsilin inkişafına əvəzsiz töhfə veriblər”, – deyə M.Tuqanova əlavə edib.

Müəllif: Anara Axundova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri